AMEA-da “Azərbaycan xalqına qarşı 1918-1920-ci illər soyqırımı” adlı elmi-praktiki konfrans keçirilib
Bu gün Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Rəyasət Heyətində "Azərbaycan xalqına qarşı 1918-1920-ci illər soyqırımı" adlı elmi-praktiki konfrans keçirilib. SİA-nın xəbərinə görə, elmi-praktik konfrans AMEA-nın Tarix İnstitutu və Azərbaycan Respublikasının Baş Prokurorluğunun birgə təşkilatçılığı ilə baş tutub.
Tədbiri giriş sözü ilə açan AMEA-nın prezidenti Mahmud Kərimov bildirib ki, 1918-ci ilin 30 mart və 3 aprel tarixləri arasında Bakı şəhərində və Bakı quberniyasının müxtəlif bölgələrində, eləcə də Şamaxı, Quba, Xaçmaz, Lənkəran, Hacıqabul, Salyan, Zəngəzur, Qarabağ, Naxçıvan və digər ərazilərdə Bakı Soveti və daşnak erməni silahlı dəstələri azərbaycanlılara qarşı qırğınlar törədiblər. O vurğulayıb ki, həmin dövrdə azərbaycanlıların kütləvi şəkildə qırğını, repressiyalara məruz qalması, doğma yurdlarından sürgün edilməsi XX əsr tarixinin ən faciəli və dəhşətli səhifələrindəndir: "Rəsmi mənbələrə əsasən soyqırımı nəticəsində 12 minə yaxın azərbaycanlı qətlə yetirilib, on minlərlə insan itkin düşüb. Azərbaycanın dəhşətli və tarixi faciələrinə ilk hüquqi qiymət ümummilli lider Heydər Əliyev tərəfindən verilib. Azərbaycan prezidenti Heydər Əliyevin 26 mart 1998-ci il tarixli sərəncamı ilə 31 mart Azərbaycanlıların Soyqırım Günü kimi qeyd olunur".
Tədbirin davamında çıxış edən AMEA Tarix İnstitutunun direktoru Yaqub Mahmudov Azərbaycan xalqına qarşı törədilən 1918-1920-ci illər soyqırımı barədə ətraflı məlumat verib. O bildirib ki, Azərbaycana qarşı törədilən soyqırımları sübut etmək üçün müxtəlif ölkələrədən tarixi sənədlər gətirilib: "Bütün bunlar ölkə başçısının Azərbaycan tarixinə qarşı göstərdiyi diqqət və qayğıdan irəli gəlir. Azərbaycan prezidentinin xüsusi səyləri nəticəsində ölkəmiz bu gün informasiya müharibəsində qalib gəlib. Bu gün ölkəmiz sənədlər, faktlar vasitəsilə öz tarixini bir daha sübut edir. Mart soyqırımı zamanı təkcə Bakıda 12 mindən çox adam qətlə yetirilib. Bolşevik-daşnak dəstələrinin bu vəhşilikləri ancaq Bakı ilə bitmir. Onlar Quba, Şamaxı, Kürdəmir, Salyan və Lənkəran qəzalarında soyqırımı davam etdiriblər. Ermənilər bütün Azərbaycanı işğal etməyə cəhd göstəriblər. Onlar bu dəfə Qarabağda yaşayan ermənilərlə birləşib Gəncəyə hücuma hazırlaşırdılar. Lakin 1918-ci ilin mayında Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması, Azərbaycanın ərazi bütövlüyü uğrunda ölüm-dirim mübarizəsinin başlanması işğalçıların bütün planlarını pozdu. Mart hadisələri əslində bolşeviklərin daşnaklarla birlikdə həyata keçirdikləri milli qırğın idi. Bu qırğının əsas təşkilatçısı olan S.Şaumyan özü də 1918-ci il aprelin 13-də RSFSR XKS-ə yazdığı məktubunda etiraf edib. Ermənistan dövləti 1918-ci ilin mart-aprel aylarında Bakı, Şamaxı, Quba, Lənkəran və digər ərazilərdə erməni faşistləri 50 min azərbaycanlını qətlə yetirib, 10 minlərlə insanı öz torpaqlarından qovublar. Həmin hadisə Azərbaycan xalqının tarixinə qara hərflərlə yazılıb".
Tədbirin davamında çıxış edən Respublika Baş Prokurorun müavini Rüstəm Usubov Azərbaycan xalqına qarşı 1918-1920-ci illər soyqırımının istintaq araşdırmalarına dair geniş şəkildə məruzə edib. O bildirib ki, erməni işğalçıları bu gün də Azərbaycan torpaqlarına işğalı davam etdirirlər. Onun sözlərinə görə, erməni cinayətkarları hələ 1918-1920-ci illərdə azərbaycanlılara qarşı müxtəlif vəhşiliklər törədərək onları qırıblar: "Ermənilər 1918-ci ildə S.Şaumyanın rəhbərliyi ilə Bakıda, həmçinin müxtəlif regionlarda qırğınlar törədib, minlərlə insan qətlə yetiriblər. Eyni zamanda, həmin ildə qatı Amazaspın rəhbərlik etdiyi erməni cinayətkar dəstəsi Quba şəhərində cinayətlər törədib. Orada da 2 minə yaxın əhali məhv edilib. Şamaxıda Lalayan adlı silahdaş müxtəlif qırğınlar törədərək burada da təxminən 7 minə yaxın insanı qırıblar. Bu qatı cinayətkarların əməlləridir və istintaq yolu və tarixçilərin əməyi ilə bu faktları üzə çıxarıb, ifşa edəcəyik".
Tədbirin davamında çıxış edən Baş Prokurorun Ağır Cinayətlərə dair İstintaq İdarəsinin rəisi Eldar Əhmədov 1918-1920-ci illər soyqırımının şahid ifadələri barədə məlumat verib. O bildirib ki, Ermənistanın Azərbaycana qarşı törətdiyi soyqırımılar nəticəsində əhali öz ərazilərindən didərgin düşüb, minlərlə soydaşımız məhv edilib. Onun sözlərinə görə, cinayət işlərinin istintaqı zamanı mühüm faktlar və sənədlər aşkar olunub.
Tədbirin davamında çıxış edən ziyalılar, alimlər bu soyqırımın tarixi və nəticələri barədə ətraflı məlumatlar veriblər.

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB