"Azərbaycan-İsrail" Beynəlxalq Assosiasiyası və İsrailin Azərbaycan Diasporu Komitəsi Netanya şəhərindəki məşhur "Bakinskiy dvorik" restoranında Novruz bayramı münasibətilə tədbir keçiriblər. SİA-nın xəbərinə görə, zal Diasporla İş üzrə Dövlət Komitəsinin təqdim etdiyi bayraq və Azərbaycan milli geyimləri ilə bəzədilib.
Bayram tədbirini giriş sözü ilə açan Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru, "Azərbaycan-İsrail" Beynəlxalq Assosiasiyasının İdarə Heyətinin üzvü Yeganə Salman Assosiasiya prezidenti Yosef Şaqalın Azərbaycan mənşəli bütün insanlara təbrik və firavanlıq arzu etdiyi təbrik məktubunu oxuyub. Daha sonra Yeganə Salman Azərbaycan xalqının Novruz bayramını qeyd etməyə başlaması tarixindən söz açıb. O qeyd edib ki, bu Azərbaycandan köçmüş insanlar üçün, taleyin onları hansı ölkəyə atmasından və onların harada yaşadıqlarından asılı olmayaraq qeyd etdikləri ən dəyərli bayramdır. "Sevindirici haldır ki, "Azərbaycan-İsrail" Beynəlxalq Assosiasiyası və İsrailin Azərbaycan Diasporu Komitəsi mahiyyət etibarilə həyatda varlığın 4 elementi olan torpaq, su, od və havanı təcəssüm edən və İsraildəki bütün azərbaycanlıları və Azərbaycan mənşəli digər insanları birləşdirən Novruz bayramını qeyd etməyi özlərinin borcu hesab edirlər", - deyə İsraildə Azərbaycanın Novruz bayramının qeyd olunmasının təşəbbüskarı, təşkilatçısı olan Y.Salman qeyd edib.
İsrailin Azərbaycan Diasporu Komitəsinin nümayəndəsi Rüfət Nadir həmvətənlərini Novruz bayramı münasibətilə təbrik edib. İsrailin Azərbaycan Diasporu Komitəsinin digər nümayəndəsi, beynəlxalq münasibətlər sahəsində ekspert Arye Qut öz çıxışında azərbaycanlıların milli ruhunun ən bariz nümunəsi olan Novruz bayramının Sovet hakimiyyəti illərində qadağan olunduğunu qeyd edərək Azərbaycan diasporunun nümayəndələrini İsraildə yaşasalar da Azərbaycanın milli bayramlarını, eləcə də Azərbaycan xalqının yaşamış olduğu faciələri heç bir zaman unutmamağa çağırıb.
Novruz bayramı münasibətilə keçirilən tədbir zamanı Azərbaycan milli geyiminin elementlərini kimin necə bilməsini müəyyən edən viktorina keçirilib. Tədbir zamanı Azərbaycan rəqslərinin ən yaxşı ifaçısı müsabiqəsi keçirilib. Qalibə Azərbaycan xalq mahnılarından ibarət DVD-karaoke təqdim olunub.
Qeyd edək ki, Novruzun qeyd olunması İsraildə yaşayan Azərbaycan mənşəli insanlar üçün əsl ənənəyə çevrilib. Tədbir zamanı başında Novruzun əsas atributları – Səməni və xonçanın yer aldığı bayram süfrəsi açılıb. İştirakçıların hamısı qeyd ediblər ki, Novruz bayramı İsraildə belə geniş şəkildə ilk dəfədir ki, qeyd olunur. Daha sonra bədii hissə başlayıb: Azərbaycan mənşəli sənətçilər tərəfindən milli musiqilər və rəqslər ifa olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB