Azərbaycanın diplomatik münasibətlər qurduğu Afrika ölkələrinin sayı 51-ə çatıb FOTO

Namibiyanın Əddis-Əbəbə şəhərindəki Səfirliyində “Azərbaycan Respublikası ilə Namibiya Respublikası arasında diplomatik münasibətlərin yaradılmasına dair Birgə Kommunike” imzalanıb. Azərbaycanın Efiopiyadakı səfirliyindən SİA-ya verilən məlumata görə, sənədi Azərbaycan tərəfindən səfir Elman Abdullayev, Namibiya tərəfindən isə səfir Emilia Mkusa imzalayıblar.

Mərasim zamanı çıxış edən səfir Elman Abdullayev Azərbaycanın Afrika ölkələri ilə ikitərəfli, eləcə də çoxtərəfli əsasda əməkdaşlığın inkişafına xüsusi önəm verdiyini diqqətə çatdıraraq, Namibiyanın Afrikanın inkişaf etmiş dövlətlərdən biri olduğunu bildirib. Namibiya səfiri Emilia Mkusa da öz növbəsində ölkəmizin uğurlu inkişaf yolunu yüksək qiymətləndirərək, Azərbaycanı Afrika ölkələrinin etibarlı tərəfdaşı olduğunu xüsusi olaraq vurğulanıb.

Qeyd olunan Saziş imzalandıqdan sonra Azərbaycan Respublikasının diplomatik münasibətlər qurulmuş Afrika ölkələrin sayı 51-ə çatıb.

Bütün xəbərlər Facebook səhifəmizdə