“Təhlükəsiz addımlar: mina təhlükəsinə dair maarifləndirmə təşəbbüsləri” layihəsi çərçivəsində tədbir keçirilib - Ağalı kəndində
“Dayaq” Qeyri-Hökümət Humanitar Yardım Təşkilatı Azərbaycan Respublikasının QHT-lərə Dövlət Dəstəyi Agentliyi ilə Qarabağ Dirçəliş Fondunun birgə qrant müsabiqəsi və Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) ilə tərəfdaşlıq çərçivəsində “Təhlükəsiz addımlar: mina təhlükəsinə dair maarifləndirmə təşəbbüsləri” adlı layihəsini həyata keçirir.
SİA xəbər verir ki, layihənin əsas məqsədini işğaldan azad edilmiş ərazilərdə məskunlaşmış əhali arasında mina və partlamamış hərbi sursatların təhlükəsinə dair maarifləndirmə (PSTM) tədbirləri təşkil etməklə məlumatlandırma işlərinin səmərəliliyinin artırılması, mina insidentlərin minimuma endirilməsi və minadan zərərçəkənlərin cəmiyyətə reinteqrasiyası təşkil edir. Layihə işğaldan azad edilmiş Cəbrayıl, Fizuli, Xocəvənd, Zəngilan şəhərlərində icra olunur.
Layihənin icra planına uyğun olaraq, növbəti maarifləndirici tədbir işğaldan azad olunmuş Zəngilan rayonu Agalı kəndində həyata keçirilib. Tədbiri Zəngilan rayonu, Ağalı kənd tam orta məktəbin əməkdaşı Leyla Həmzəyeva açaraq, qonaqları və tədbir iştirakçılarını salamlamış, həyata keçirilən maarifləndirmə tədbirinin vacibliyini yüksək qiymətləndirmiş, tədbirin Böyük Qayıdış prossesinə ciddi əngəl yaradan mina və partlamamış hərbi sursatların (PHS) yaratdığı təhlükə ilə bağlı sakinlərin maarifləndirilməsi və təhlükəsiz məskunlaşması üçün xüsusi əhəmiyyətini qeyd edib. Layihə koordinatoru Zaur Quliyev layihənin məqsəd və vəzifələri, layihə çərçivəsində həyata keçirilmiş fəaliyyətlər haqqında məlumat verib. “Dayaq” Qeyri-Hökümət Humanitar Yardım Təşkilatının sədri Faiq Seyidov layihənin işğaldan azad edilmiş ərazilərdə Böyük Qayıdış prosesinin həyata keçirilməsinə dəstək xarakteri daşıdığını, rəhbəri olduğu təşkilatın mina və PSTM istiqamətində maarifləndirmə və minatəmizləmə əməliyyatı üzrə təcrübəsi haqqında məlumat verib.
Layihə üzrə təlimçi, minadan zərərçəkən, ANAMA-nın keçmiş əməkdaşı Hasil Yusubov təqdimatla çıxış edərək mina, MPQ və növləri haqda məlumat, mina mifləri, mina təhlükəsinin törətdiyi fəsadlar və acı nəticələri, mina və partlamamış hərbi sursatlarla təhlükəsiz davranış vərdişləri və hərəkət qaydaları, maarifləndirmə işlərinin davamlılığı mövzusunda məlumatlar verib, iştirakçılarla qarşılıqlı fikir mübadiləsi aparılıb.
Tədbir iştirakçıları tədbirin təşkil olunmasına görə “Dayaq” Qeyri-Hökümət Humanitar Yardım Təşkilatına, əhəmiyyətli layihəni maliyyələşdirdikləri üçün Azərbaycan Respublikasının QHT-lərə Dövlət Dəstəyi Agentliyi və Qarabağ Dirçəliş Fonduna minnətdarlığını bildirib, bu cür maarifləndirici tədbirlərin doğma yurda qayıdan əhali arasında mina təhlükəsi ilə bağlı məlumatlılığın artırılması, təhlükəsiz davranış vərdişlərinin formalaşdırılması və mümkün risklərin qarşısının alınması baxımından əhəmiyyətini vurğulayıblar.
Tədbirdə hər bir iştirakçı üçün mövzu üzrə hazırlanmış maarifləndirici buklet, poster və dəftərxana ləvazimatlarından ibarət qovluq və sertifikatlar təqdim olunub. Tədbirin sonunda cay-kofe fasiləsi zamanı da müzakirələr davam etdirilib.
Süleyman
Bütün xəbərlər Facebook səhifəmizdə
Digər xəbərlər
Xəbər lenti
İran faktoru...
Dünya 18:04Naxçıvanın Bakıdakı daimi nümayəndəliyi ləğv olunub
Siyasət 17:54Fərid Əhmədov Samuxda vətəndaşları qəbul edib
Hadisə 17:44Brüsseldə Zəfər Günü qeyd olunub
Siyasət 17:4110 ayda dövlət büdcəsindən 296,7 milyon manat geri qaytarılıb
İqtisadiyyat 17:27Ağstafada bir ailənin üç üzvü zəhərlənib
Hadisə 17:25“Biz yalnız özümüzə güvənməliyik” - AFAQ BƏŞİRQIZI
Mədəniyyət 16:39Sabah Azərbaycanda güclü külək əsəcək
Hadisə 16:15Şanlı tariximizin və gələcəyimizin rəmzi - MƏQALƏ
Siyasət 16:13Dini ibadət yerlərində iməcilik aksiyası keçirilib
Siyasət 16:13Ermənistanda yeni Konstitusiya savaşı - BAXIŞ BUCAĞI
Siyasət 16:08Son 200 ilin həqiqəti - ən güclü Azərbaycan - RAKURS
Siyasət 15:52Naxçıvan üzrə noyabr ayının pensiyaları ödənilib
Sosial 15:08Ölkə üzrə əməkhaqqı fondu 8,5 faiz yüksəlib
İqtisadiyyat 13:256 Noyabr – Metropoliten İşçilərinin Peşə Bayramı Günüdür
Maraqlı 13:12AFFA 8 komandaya texniki məğlubiyyət verib
İdman 12:42Birbank Biznes-dən mikro biznes krediti üzrə 5%-dək endirim kampaniyası
İqtisadiyyat 12:37Azərbaycan Teleradiosu - 100
MEDİA 12:36Azərbaycanda özəl sektorun investisiya fəallığı yüksəlir - Nazir müavini
İqtisadiyyat 12:28Sabah yağış yağacaq, şimşək çaxacaq
Sosial 12:25FHN bayram günlərində güclənmiş rejimdə çalışacaq
Hadisə 11:19Bakıda BMT sammiti çərçivəsində ikitərəfli görüşlər olub
Siyasət 11:15Uşaqlarda ekran asılılığı və onun fəsadları
Səhiyyə 11:14Özəl xəbərlər
Digər xəbərlər
Redaktorun seçimi
Köşə yazıları
Populyar
Valyuta məzənnəsi
-
USD
1,7000
0,00%
-
EUR
1,9037
-0,58%
-
GBP
2,2834
-0,44%
-
RUB
2,0840
+0,28%

2008-2026. Səs İnformasiya Agentliyi, Bütün hüquqlar qorunur. Məlumatlardan istifadə etdikdə istinad mütləqdir.
İfadə olunan fikirlərə sayt məsuliyyət daşımır.
Ünvan: Üzeyir Hacıbəyli küçəsi, 66; Bakı, Azərbaycan.
Email: [email protected] Tel.: (+994 12) 598-33-90; Faks: (+994 12) 493-11-62;



