Bu gün dünya pravoslav xristianları Milad bayramını qeyd edirlər. Dini ənənələrə görə, bu gün İsa Peyğəmbərin mübarək mövludu ilə əlaqələndirilir və pravoslav icmaları üçün ilin ən mühüm bayramlarından biri sayılır.

Milad mərasimləri bayramdan bir gün əvvəl – Müqəddəs axşamdan başlayır. Bu gün pravoslavlar üçün 40 günlük pəhrizin son mərhələsi hesab olunur və Milada mənəvi hazırlıq dövrü kimi dəyərləndirilir. Axşam saatlarında ailələr süfrə arxasında bir araya gəlir, süfrəyə İsa Peyğəmbərin 12 həvarisinin rəmzi olaraq 12 növ pəhriz yeməyi düzülür. Ənənəyə əsasən, bu yeməklərin hər birindən dadmaq vacib sayılır.

Müqəddəs axşam süfrəsinin əsas yeməyi “kutya” adlanan xörəkdir. O, adətən buğdadan hazırlanır, lakin digər dənli bitkilərdən də istifadə oluna bilər. Taxıl dənləri insanlığın birliyini simvolizə edir, bal və ya sirop isə bu birliyi möhkəmləndirən rəmz kimi qəbul olunur. Bu şam yeməyi ilə pəhriz dövrü başa çatır, Milad günü isə bütün qida məhdudiyyətləri aradan qalxır və bayram süfrələri açılır.

Mətləb

Bütün xəbərlər Facebook səhifəmizdə