Yaz fəsli olmasına baxmayaraq, Laçın rayonu ərazisində qarlı hava şəraiti müşahidə edilib.
SİA yerli mənbələrə istinadən xəbər verir ki, əvvəlcə dumanlı hava şəraiti olub, daha sonra axşam saatlarında qar yağmağa başlayıb. Yağıntı əsasən rayonun Minkənd kəndi ərazisində müşahidə edilib. Qısa müddətdə intensivləşən yağıntı ətrafı ağ örpəyə bürüyüb. Sözügedən kadrları təqdim edirik.
Bütün xəbərlər Facebook səhifəmizdə