Laçına yaz fəslində qar yağıb

14 Aprel 2025 22:28 (UTC+04:00)

Yaz fəsli olmasına baxmayaraq, Laçın rayonu ərazisində qarlı hava şəraiti müşahidə edilib.

SİA yerli mənbələrə istinadən xəbər verir ki, əvvəlcə dumanlı hava şəraiti olub, daha sonra axşam saatlarında qar yağmağa başlayıb. Yağıntı əsasən rayonun Minkənd kəndi ərazisində müşahidə edilib. Qısa müddətdə intensivləşən yağıntı ətrafı ağ örpəyə bürüyüb. Sözügedən kadrları təqdim edirik.