Memarlıq abidələrinin təhlükəsizliyi necə təmin olunmalıdır? - EKSPERT AYDINLIQ GƏTİRDİ

“Bütün tikililər yanğın təhlükəsinə dair təlimat və qaydalara ciddi riayət etməlidir. Bu, qanunvericiliklə təsbit olunub. Bütün təyinatlı obyektlər, inzibati binalar, bazarlar, ticarət mərkəzləri, yaşayış binaları və s. yanğın təhlükəsizliyinə qarşı təchizatla təmin edilməli, normativ qaydalara ciddi əməl etməli, obyektin spesifikasına uyğun olaraq ilkin yanğınsöndürmə vasitələri, yanğın dolabları, yanğın hidratları, ehtiyat su hovuzu, yanğın xəbərdaredici vasitələri, yanğın şitləri olmalıdır”. Bu sözləri SİA-ya danışan təhlükəsizlik üzrə ekspert Elmar Nurəliyev deyib.

Onun sözlərinə görə, obyektin təxliyyə yolları, obyektdə təhlükəsiz toplanış yeri, obyektdə yanğın təhlükəsizliyə dair rejimin yaradılması, cavabdeh şəxslərin olması, yanma riski yüksək olan materialların düzgün saxlanılması, daşınması bunların hər biri kompleks görünən tədbirlər planıdır: “Bütün obyektlərdə bu sistem qurulmalı və buna cavabdeh şəxslər müəyyən edilməlidir. Ümumiyyətlə isə yanğın və hansısa fövqaladə hadisələrdə 100 faiz sığortalanma yanaşması doğru deyil. Ancaq önləyici tədbirləri görməklə, baş verə biləcək qəza risklərini azaltmaqla, yanğın təhlükə risklərini minimuma endirməklə, yanma, partlama riski yüksək olan materalları düzgün saxlanılması, istsmarı, daşınması həyata keçirməklə, yanma qabiliyyəti yüksək olan materiallarla düzgün davranış sərgiləməklə yanğın hadisələrindən müəyyən qədər qorunmaq olur. Bu, təchizata bağlıdır”.

Ekspert bildirib ki, obyektlərdə təhlükəsizlik məsələsi ön planda olmalıdır: “Burada həm söhbət insanların həaytından, həm də dövlət əmlakından gedir. Həmçinin, yanğın hadisələrinin təbiətə, ekologiyaya nə qədər ziyanı var. Ona görə də bunlara ciddi riayət etmək lazımdır ki, yanğın baş verməsin. Versə belə fəsadlar ciddi itkilər olmadan aradan qaldırıla bilsin”.

Bütün xəbərlər Facebook səhifəmizdə