Belarus şərabları Rusiyaya tədarük olunmağa başladı

Minsk Üzüm Şərab Zavodunun istehsal etdiyi spirtli içkilər Rusiyaya tədarük olunmağa başlayıb.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə “Kommersant” yazır.

Nəşr aydınlaşdırır ki, iyulun 1-də spirt distribütoru Vintrend Retail Group zavodun məhsullarını Gruner Veltliner və Riesling adları ilə Rusiyaya idxal etməyə icazə verən bəyannamə alıb.

Bundan əlavə, şirkət "Glera Spumante Extra Dry" köpüklü şərabın tədarükü üçün icazə alalıb.

İddialara görə, bu İtaliyanın Villa degli Olmi şərab zavodundan Glera Spumante Extra Dry ilə oxşardır.

Bundan əvvəl, aprel ayında başqa bir spirt idxalçısı olan Alco Trade Logistics eyni zavoddan Airen Tres Amigos şərablarını idxal etmək hüququnu alıb.

“Kaufman” brend agentliyinin sahibi Stanislav Kaufmanın sözlərinə görə, Belarus heç vaxt şərabçılığı ilə məşhur olmayıb, ona görə də oradan şərabı yenidən ixrac etmək olar.

May ayında Federal Gömrük Xidməti bəyan etdi ki, dost olmayan ölkələrdən şərablara rüsumların artırılması İtaliyadan bu məhsulların tədarükünün azalmasına səbəb olub. Buna baxmayaraq, Fransa və İspaniyadan şərab idxalı, əksinə, artıb. Avropa ölkələri arasında ilk beşliyə Portuqaliya və Almaniya daxildir.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə