Latın Amerikalı könüllülər Liptsi yaxınlığında rusları məğlub ediblər

Uğurlu hücum əməliyyatına görə bütün döyüşçülər Ukrayna Prezidentinin mükafatına layiq görülüblər
Latın Amerikalı könüllülər Liptsi yaxınlığında rusları məğlub ediblər

...Mən kolumbiyalı və argentinalılardan təşkil olunmuş Milli Qvardiyanın 13-cü briqadasının piyadaları ilə söhbət etdim, Onlar Xarkovun Liptsi kəndi yaxınlığında Rusiya silahlı qüvvələrinin 7-ci motoatıcı alayının bir batalyonunu məğlub ediblər.

Komandir, 20 illik xidməti olan argentinalı Maçetedir. Bölmədə motivasiyalı və yaxşı təlim keçmiş peşəkar döyüşçülərlə yanaşı, 22-25 yaşlı gənclərdən ibarət qrup da var. Onların təcrübəsi olmasa da, amma tez öyrənirlər. Panikaya düşmürlər, öz işlərini vicdanla etməyə çalışırlar.

Uğurlu hücum əməliyyatına görə bütün Latın Amerikalı döyüşçülər Ukrayna prezidenti Vladimir Zelenskinin “Ukraynanın müdafiəsinə görə” mükafatı ilə təltif ediliblər. Deyilənlərə görə, Ukrayna və Latın Amerikası piyadalarına dövlət mükafatlarını şəxsən “Xartiya” briqadasının komandiri İqor Obolenski təqdim edib.

Briqadada Latın Amerikalılara hörmət edilir - onlar bütün lazımi dəstəyi, eləcə də 120 min UAH tam döyüş ödənişlərini alırlar.

SİA-nın əldə etdiyi məlumata görə, yuxarıda deyilənlərin müəllifi Ukraynalı jurnalist Yuri Butusovdur.

Onun iddiasına görə, Ukrayna tərəfində döyüşənlərin əksəriyyəti riskin hesablandığını başa düşürlər və buna görə də onlara verilən tapşırıqları dəqiq yerinə yetirirlər.

...Təəssüf ki, Xarkov uğrunda amansız döyüşlər zamanı iki kolumbiyalı piyada əsl qəhrəman kimi həlak oldu. Mən bu cəsur Latın döyüşçüləri ilə bəzi işlər görmüşəm.

Aydındır ki, əgər xaricdə sistematik işə götürsək, Latın Amerikalılarının müharibədəki uğurlu döyüş təcrübəsini daha çox dərc etsək, Kolumbiya, Argentina və digər ölkələrdən qat-qat daha çox keyfiyyətli döyüşçü cəlb edə bilərdik.

Bunları yazan Butusova görə, yaxşı rəftar və dürüst münasibətlərlə çoxlu sayda Latın Amerikalı və Avropalılar bütün sivil dünyanı təhdid edən rus nasizminə qarşı müharibəyə qoşula bilər.

...Təcrübə göstərir ki, biz onlardan on dəfə çox cəlb edə, bununla da ordumuzu xeyli gücləndirə bilərdik.

Bu fikri də Ukraynalı jurnalist yazır.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə