14 minə yaxın şəhid ailəsinə və qaziyə ev verilib TƏHLİL

PREZİDENT İLHAM ƏLİYEV: «Şəhid ailələri, Qarabağ qaziləri bilməlidirlər ki, biz daim onların yanındayıq»

Bu gün Azərbaycanın modern dövlət quruculuğunda sosial siyasətin önəmli istiqamətlərindən biri də şəhid ailələrinin, Qarabağ müharibəsi veteranları və əlillərinin sosial müdafiəsidir. Ümumilikdə, mütərəqqi sosial siyasət həyata keçirən Azərbaycanda vətəndaşların sosial müdafiəsinin gücləndirilməsinə xüsusi diqqət yetirilir. Xüsusilə, bu gün müstəqil Azərbaycan, dövlət başçısı İlham Əliyev İkinci Vətən Müharibəsi nəticəsində qaçqın və məcburi köçkünlərə, müharibədə şəhid və fiziki sağlamlığını itirən şəxslərin ailələrinə xüsusi diqqət ayırır. Azərbaycan Prezidenti İlham Əliyev fevralın 14-də Milli Məslisdə keçirilən andiçmə mərasimində çıxışında xüsusilə vurğuladığı bir neçə məqam var idi. Birincisi, dövlətimizin başçısı şəhid ailələri və qazilərin qayğılarına diqqət çəkərək, bu vaxta qədər 14 min 800 şəhid ailəsinin və qazinin evlə təmin olunduğunu qeyd etdi. Habelə bu il və gələn il də bu proseslərin davam edəcəyini bildirdi. Hərbçilərin aylıq vəzifə maaşları artırıldı

Zəfər günü ərəfəsində Prezident İlham Əliyevin Azərbaycan Müdafiə Nazirliyinin həqiqi hərbi xidmət hərbi qulluqçularının aylıq vəzifə maaşlarının artırılması ilə bağlı imzaladığı Fərmana əsasən həqiqi hərbi xidmət hərbi qulluqçularının aylıq vəzifə maaşları orta hesabla 20 faiz artırılıb. Nazirlər Kabineti bu Fərmandan irəli gələn məsələləri həll etməli, Müdafiə Nazirliyi və Maliyyə Nazirliyi bu Fərmandan irəli gələn məsələlərin həlli üçün zəruri tədbirlər görməlidirlər. Bu Fərman 2024-cü il yanvarın 1-dən qüvvəyə minib.

Prezidentin digər fərmanları ilə Daxili İşlər Nazirliyinin Daxili Qoşunların Baş İdarəsinin həqiqi hərbi xidmət hərbi qulluqçularının, Dövlət Sərhəd Xidmətinin həqiqi hərbi xidmət hərbi qulluqçularının, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin həqiqi hərbi xidmət hərbi qulluqçularının aylıq vəzifə maaşları da orta hesabla 20 faiz artırılıb. Fərmanlar 2024-cü il yanvarın 1-dən qüvvəyə minib.

Göründüyü kimi, bu gün Azərbaycanın modern dövlət quruculuğunda sosial siyasətin önəmli istiqamətlərindən biri də şəhid ailələrinin, Qarabağ müharibəsi veteranları və əlillərinin sosial müdafiəsidir. Prezident İlham Əliyev şəhid ailələri və müharibə əlilləri ilə görüşündə dövlətin bu kateqoriyadan olan insanlara göstərdiyi qayğıdan bəhs edərək demişdir ki, Azərbaycanda bu sahədə aparılan siyasət humanist, ədalətli və vicdanlıdır. Vətən uğrunda canlarını fəda edən qəhrəman övladlarımızın ailələri, qazilər dövlət dəstəyi ilə əhatə olunublar.

Dövlətimizin başçısı onu da vurğulayıb ki, 44 günlük Vətən Müharibəsinin əldə etdiyi bu böyük Qələbənin əsas qəhrəmanı Azərbaycan əsgəri və zabitidir. Ali Baş Komandan, Prezident İlham Əliyev hərbi parada çıxışında onu da bir daha vurğuladı ki, çıxışında bu il aprelin 23-də biz Laçın istiqamətində Azərbaycan-Ermənistan sərhədini nəzarətə alaraq ərazi bütövlüyümüzü tam bərpa etdik və sentyabrın 20-də dövlət suverenliyini tam bərpa etdik. Bununla separatçıların kitabı bağlandı. Artıq Azərbaycanda separatçılığa yer olmayacaq. Azərbaycan dövləti bu gün bütün əraziyə nəzarət edir və bunun səbəbkarları bu gün, bax, bu meydanda dayanan bizim igidlərimizdir və on minlərlə Azərbaycan hərbçiləridir. Onların qanı-canı bahasına biz bu Qələbəni əldə etmişdik.

ŞƏHİD AİLƏLƏRİNİN SOSİAL TƏMİNATI DA YAXŞILAŞIR. BİZ DAİM ONLARI DİQQƏT MƏRKƏZİNDƏ SAXLAYACAĞIQ

Bu gün torpaqları işğal olunmuş bir ölkənin ərazi bütövlüyünü qoruyanlar və haqq savaşını verənlər hərbçilər, qazilər və şəhid ailələri Azərbaycan dövlətinin hər zaman xüsusi diqqət və qayğısı altındadır. Xüsusilə də, Prezident İlham Əliyev tərəfindən bu istiqamətdə imzalanan fərman və sərəncamlar, Birinci vitse-prezident Mehriban xanıi Əliyevanın şəhid ailələrinə və müharibə əlillərinə mərhəməti, qayğısı çoxsaylı ailələrə böyük sevinc bəxş etməklə yanaşı, təqdirəlayiq hal kimi qiymətləndirilir. Bu gün şəhid ailələrinə, müharibə əlillərinə və veteranlarına göstərilən hərtərəfli qayğı nümunəvi xarakter daşıyır. Şəhid ailələrinin, müharibə əlillərinin, veteranlarının sosial ehtiyaclarının dövlət tərəfindən ödənilməsi, həmçinin Vətən uğrunda öz canından keçmiş şəhidlərin və Qarabağ müharibəsi əlillərinin övladlarının təhsil haqqından azad edilməsi, eyni zamanda, bu insanların mənzil və avtomobillərlə təmin olunması da ölkə ictimaiyyəti tərəfindən yüksək minnətdarlıqla qarşılanır.

«Şəhid ailələrinin sosial təminatı da yaxşılaşır. Onlara nəzərdə tutulmuş müavinətlərin məbləği müntəzəm olaraq artırılır. Biz daim onları diqqət mərkəzində saxlayacağıq»,- deyə qeyd edən Prezident İlham Əliyevin imzaladığı sənədlər nəticəsində şəhid ailələrinin və müharibə ilə əlaqədar əlilliyi olan şəxslərin sosial ödənişləri dəfələrlə artırılıb. Belə ki, postmüharibə dövründə onlara 4300, ümumilikdə ötən dövrdə 13,1 min mənzil və fərdi ev təqdim edilib. 2022-ci il üzrə də 1500 mənzil və fərdi ev verilməsi nəzərdə tutulub ki, artıq 1300-ü təqdim edilib. rezident, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun möhtəşəm Zəfər əldə etdiyi 44 günlük Vətən müharibəsindən sonra dövlət başçısının göstərişi ilə şəhid ailələri və müharibə ilə əlaqədar əlilliyi olanların mənzil və fərdi evlə təminatı proqramı 5 dəfə genişlənib.

Şəhid ailələri və müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə bu il 1 500, postmüharibə dövründə 6 000, ümumilikdə ötən dövrdə 14 800 mənzil və fərdi ev verilib.

Onu da vurğulamaq lazımdır ki, Bakı şəhərində MİDA-nın Hövsan Yaşayış Kompleksində, Gəncə şəhərində, eləcə də Ağstafa, Beyləqan, Cəlilabad, Gədəbəy, İmişli, Kürdəmir, Qəbələ, Qusar, Masallı, Sabirabad, Salyan, Yevlax, Zaqatala və Zərdab rayonlarında ümumilikdə 200 mənzil və fərdi ev şəhid ailələri və müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə təqdim edilib.

Bu kateqoriyadan olan vətəndaşların mənzillə təminatı proqramı 2018-2023-cü illərdə 5 dəfə genişlənib. Həmin dövrdə 7892, ümumilikdə ötən dövrdə 13 560 mənzil və fərdi ev şəhid ailələri və müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə təqdim edilib. Müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə 2018-2023-cü illərdə 1582, ümumilikdə ötən dövrdə 7500-dən çox avtomobil verilib.

«YAŞAT» FONDUNUN TƏSİS EDİLMƏSİ DÖVLƏTİN ƏRAZİ BÜTÖVLÜYÜNÜN MÜDAFİƏSİ İLƏ ƏLAQƏDAR YARALANANLARIN VƏ ŞƏHİD AİLƏLƏRİNƏ QAYCINNI TƏZAHÜRÜDÜR

Qazi və şəhid ailələri haqqında danışarkən, əlbəttə ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 8 dekabr 2020-ci il tarixində «Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralananların və şəhid ailələrinin təminatına dəstək fondunun yaradılması haqqında» Fərmanı ilə «YAŞAT» Fondunun təsis edilməsinə də diqqət yetirmək lazımdır. YAŞAT» Fondunun hesabına fəaliyyət göstərdiyi dövrdən avqust ayının 1–dək 36 995 025.16 manat vəsait mədaxil olub. Fond tərəfindən 3652 şəhid ailəsi üzvü və yaralının məişət şəraitinin yaxşılaşdırılmasına, 37 şəhid ailəsi üzvü və yaralının təhsil haqqının, 1004 şəhid ailəsi üzvü və yaralının istehlak kreditlərinin, 1319 şəhid ailəsi üzvü və yaralının isə tibbi xidmətlərinin ödənilməsinə vəsait ayrılıb.

Ötən il yeni tədris ilinin başlaması münasibəti ilə «YAŞAT» Fondu tərəfindən 67 şəhid övladına dəstək göstərilib. Belə ki, 7 özəl təhsil müəssisəsi ilə yaradılmış əməkdaşlıq çərçivəsində imtahanda uğurlu nəticə əldə etmiş 37 şəhid övladı özəl təhsil müəssisələrində ödənişsiz kvota əsasında təhsil alacaq. Eyni zamanda, 7 şəhid övladı ödənişsiz kvota əsasında bağça və məktəbəqədər təhsil müəssisəsinə qəbul olunub. Bununla yanaşı özəl təhsil müəssisələrində ödənişli təhsil alacaq 30 şagirdin təhsil haqqı Fond tərəfindən qarşılanacaq.

«YAŞAT» Fondu tərəfindən reallaşdırılan xüsusi layihə çərçivəsində yeni tədris ilinin başlanması ilə əlaqədar bütün şəhidlərimizin məktəbli övladlarına dərs ləvazimatlarından ibarət 800 hədiyyə qutuları çatdırılıb. Hər bir hədiyyə qutusunda bir illik müddət üçün məktəbli ləvazimatları yer alıb.

Bundan başqa, təhsil, peşə hazırlığı və yaradıcı potensialın inkişafı xərcləri istiqaməti üzrə bu günədək ali təhsil müəssisələrində təhsil alan 18 şəxsin təhsil haqqı Fond tərəfindən, 19 şəxsin təhsil haqqı isə Fondun təşəbbüsü ilə təhsil müəssisələri tərəfindən qarşılanıb.

Xatırladaq ki, 2021-2022-ci dərs ilində Bakı şəhəri və digər regionlar üzrə 83-ü oğlan, 77-i isə qız olmaqla, ümumilikdə 160 şəhid övladı birinci sinifə gedəcəkdir. Eyni zamanda, indiyə qədər dövlətimiz tərəfindən 90-dan çox Vətən müharibəsi qazisi müayinə, müalicə və reabilitasiya üçün Türkiyəyə göndərilib, onlardan 30 nəfəri sağalaraq geri qayıdıb.

QAZİ VƏ ŞƏHİD AİLƏSİ ADINDAN SUİ-İSTİFADƏ HALLARINA NİFRƏTLƏ YANAŞIRLAR

Əlbəttə ki, Azərbaycan xalqı tükü-tükdən seçən həssas xalqdır və açıq fikirli və hər kəsi öz simasında tanımağı bacarır. Əl-ayağını itirən, dünyaya baxan gözünü itirən, psixoloji travmalar alan vətən oğullarımız heç zaman bu cür hay-küyə qoşulmaz və dövlətin mənafeyin hər şeydən üstün tuturlar. Üzdəniraq insanların addımlarına sosial şəbəkələrdə təsadüf etdikdə, təəssüflənirik ki, Vətənə can fəda edən oğullarımızın adına kölgə salmaq niyyətində olan insanlar kimlərinsə sifarişlərini yerinə yetirirlər. Belə dələduzlar hətta məscidlərin, ziyarətgahların ətrafında sui-istifadə halların yol verirlər. Xüsusilə də, bəzən mübahisələr olur ki, mənə dəbdəbəli ev tikdirməlisən və ya qəbirüstü abidə bahalı olmalı, başqalarınkından seçilməlidir. Bu, cəmiyyətdə qıcıq doğurur. Şəhidlər Vətən uğrunda canlarını fəda ediblərsə, onların adına verilmiş küçə adları da dəb xatirinə bir-birindən yüksək olmamalıdır. Çünki dövlət belə şəxslərə daim böyük diqqətlə yanaşır. Həmin kateqoriyadan olanların həyatının normallaşdırılması qəbul olunan bir sıra qəraralar, fərman və sərəncamlar deyilənlərin göstəricisidir. Dövlət həmin kateqoriyalı insanlara qayğı ilə yanaşır. Və bu gün qazilər çirkin məqsədlərini həyata keçirmək üçün istifadə edənlərə qarşı bir olmalıdırlar, imkan verməməlidirlər ki, həmin çirkin qüvvələr onların qazi adına ləkə vursunlar. Ancaq bu addan sui-istifadə halları isə şəhidin adına, ruhuna hörmətsizlik etməklə, bu böyük ada ləkə yaxanlar bilməlidirlər ki, Vətənə sevgi təmənnalı olmur.

RƏFİQƏ KAMALQIZI

Bütün xəbərlər Facebook səhifəmizdə