Ərdoğan UEFA-nın Merih Demiralla bağlı qərarına reaksiya verib

Rəcəb Tayyib Ərdoğan Qazaxıstanın paytaxtı Astanadan qayıdarkən təyyarədə jurnalistlərin suallarını cavablandırıb

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 2024 Avropa çempionatının 1/8 final mərhələsi çərçivəsində keçirilən Türkiyə -Avstriya matçında ''bozqurd'' işarəsini göstərən Merih Demirala qarşı istintaq başladılmasına reaksiya verib.
SİA-nın türk saytlarından əldə etdiyi məlumata görə, Rəcəb Tayyib Ərdoğan Qazaxıstanın paytaxtı Astanadan qayıdarkən təyyarədə jurnalistlərin suallarını cavablandırıb.
UEFA-nın "bozqurd" işarəsi göstərməsi səbəbindən milli futbolçu Merih Demirala qarşı istintaq başlatmasına reaksiya verən R.T.Ərdoğan deyib:"Kimsə almanların formasında qartal var deyirmi? Fransızların formasında xoruz var, niyə xoruzlanırsan deyirmi?''
R.T.Ərdoğan Türkiyə millisinə dəstək olmaq üçün sabah keçiriləcək Türkiyə - Hollandiya matçını stadionda izləyəcəyini bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə