Putin münaqişəyə son qoymağın əsas şərtini açıqlayıb

Bu vəziyyət açıq şəkildə Kiyevə yaraşmır..?

Münaqişənin dayandırılması üçün əsas şərtlərdən biri Ukrayna qoşunlarının Donbass və Novorossiyadan tam çıxarılmasıdır.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bu barədə Rusiya prezidenti Vladimir Putin Macarıstanın baş naziri Viktor Orbanla danışıqlardan sonra keçirilən mətbuat konfransında bildirib.

Maraqlıdır ki, Putin belə bir şərtin Ukrayna hakimiyyəti üçün qəbuledilməz olduğunu vurğulayıb.

Rusiya lideri onu da vurğulayıb ki, Kiyev atəşkəs ideyasına icazə vermir, çünki bu halda hərbi vəziyyət rejiminin uzadılması üçün bəhanə aradan qalxır.

Xatırladaq ki, Macarıstanın baş naziri Viktor Orban iyulun 5-də Putinlə danışıqlar aparmaq üçün Moskvaya gəlib.

SİA xəbər verir ki, Macarıstan iyulun 1-dən Aİ Şurasına sədrlik edir.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə