UEFA Bellinqemin cəzasını açıqladı

UEFA Avro-2024-ün 1/8 final mərhələsinin Slovakiya ilə matçında (2:1) nalayiq jest edən İngiltərə millisinin yarımmüdafiəçisi Cud Bellinqem barədə qərar verib. SİA xəbər verir ki, qurum hərəkətinə görə futbolçunu 30 min avro cərimələyib və onu 1 illik sınaq müddəti ilə bir oyunluq cəzalandırıb. Diskvalifikasiya şərtlidir və bir il ərzində oxşar hadisə təkrarlanarsa, reallaşacaq.

Qeyd edək ki, sözügedən matçda bərabərlik qolunu vuran Bellinqem qasıq nahiyəsinə əl jesti edib.

Bütün xəbərlər Facebook səhifəmizdə