“Sabah” serbiyalı futbolçu ilə güclənib

“Sabah” heyətini yeni futbolçu ilə gücləndirib. Klubdan SİA-ya verilən məlumata görə, “tələbələr” serbiyalı hücumçu Neqoş Kupusoviçlə 3 illik müqavilə bağlayıb.

“Srvena Zvezda”nın yetirməsi olan 23 yaşlı oyunçu karyerası ərzində Almaniyanın “Ersqebirqe Aue” (2019-2020), “Ayntraxt” (Braunşveyq, 2020-2021), Slovakiyanın “Trençin” (2021-2024) və “Dubnitsa” (2021-2022) klublarında çıxış edib.

N.Kupusoviç “Sabah”da 29 nömrəli formada çıxış edəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə