Demokratlar Baydendən seçkidən geri çəkilməsini istəyiblər..?

...ABŞ Demokrat Partiyasının bir qrup donoru, ictimai xadimləri və biznes liderləri Ağ Evə məktub göndərərək Cozef Baydeni prezident seçkilərindən geri çəkilməyə çağırıblar.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə “The Washington Post” yazıb.

168 nəfərin imzaladığı məktubda deyilir ki, biz sizi demokratiyamız və ölkəmizin gələcəyi naminə hörmətlə ikinci müddətə namizədliyinizi geri götürməyə çağırırıq.

Qeyd edək ki, məktubu, milyarder Maykl Novoqratz, Harvard Hüquq Məktəbinin professoru Lourens Lessiq, Nyu-York Universitetinin professoru Skott Qallovey, Veyco Group-un baş direktoru Tom Florşeim və başqaları imzalayıblar.

Onlar müraciətlərində Donald Trampın Ağ Evə mümkün qayıdışı ilə bağlı təhdidlərə diqqət çəkiblər.

Məktubda deyilir ki, Amerika üçün: qlobal və daxili qeyri-sabitlik, müttəfiqlərimizi tərk etmək, qohum kapitalizm, siyasi qisas, qadınların və əhalinin digər qruplarının hüquqlarının daha da pozulması riskləri çox böyükdür.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə