Növbədənkənar parlament seçkilərində YAP-ın səlahiyyətli nümayəndələri təyin olunub

Milli Məclisə keçiriləcək növbədənkənar seçkilərdə Yeni Azərbaycan Partiyasının (YAP) səlahiyyətli nümayəndələri və maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndəsi təyin olunub. SİA-nın xəbərinə görə, bu barədə partiyanın İdarə Heyətinin bugünkü iclasında qərar qəbul edilib.

Qeyd edək ki, Prezident İlham Əliyev iyunun 28-də altıncı çağırış Milli Məclisin buraxılması və Milli Məclisə növbədənkənar seçkilərin təyin edilməsi haqqında sərəncam imzalayıb. Sərəncamla altıncı çağırış Milli Məclis buraxılıb və sentyabrın 1-nə növbədənkənar seçkilər təyin edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə