4 min miqrant rus dilini bilmədiyi üçün Rusiya vətəndaşı ola bilməyib

...2024-cü ildə 4 mindən çox miqrant rus dilini bilməməsi səbəbindən Rusiya vətəndaşlığını ala bilməyib.

SİA TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya Daxili İşlər Nazirliyi məlumat yayıb.

Rusiya Daxili İşlər Nazirliyinin rəsmi nümayəndəsi İrina Volk bildirib ki, “2024-cü il yanvarın 1-dən xaricdə yaşayan həmvətənlərin Rusiya Federasiyasında könüllü köçürülməsinə köməklik göstərmək və dövlət proqramında iştirak etmək üçün şifahi eləcə də yazılı ünsiyyət üçün kifayət qədər rus dilini bilmə səviyyəsini təsdiq etmək lazımdır. Beləliklə, 4 mindən çox ərizəçi rus dilini bilmədən Rusiya vətəndaşlığını ala bilməyib.

...Ümumiyyətlə, Rusiya Təhsil Nazirliyinin məlumatına görə, 5 ayda rus dili imtahanından kəsilən miqrantların faizi on dəfə artıb.

Qeyd edək ki, iyunun sonunda Rosobrnadzor miqrantlar üçün rus dili imtahanlarına nəzarətin gücləndirilməsini təklif edib.

Rusiya Federasiyası Daxili İşlər Nazirliyinin məlumatına görə, müəyyən edilmiş qanun pozuntularına görə dekabr ayından etibarən əcnəbilərin rus dilindən imtahan verdiyi balların sayı 5 dəfə azalıb. Daxili işlər orqanları əslində rus dilini bilməyən insanların əlində olan 5,5 minə yaxın sertifikatı qəbul etməkdən imtina ediblər.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə