Qonşudan su axıdılması və zərər verilməsi zamanı zərəri kim ödəməlidir? - MÜNASİBƏT BİLDİRİLDİ

"Mülki Məcəlləyə əsasən, mülki hüquq pozuntusu təqsirkarın hərəkət və ya hərəkətsizliyi nəticəsində baş veribsə, vurulmuş zərər ödənilməlidir". Bu sözləri SİA-ya açıqlamasında vəkil Tural Həsənli deyib.

O bildirib ki, üst mərtəbədə yaşayan qonşu tərəfindən digər qonşuya zərər dəyibsə, bu öncə sübuta yetirilməli, daha sonra dəymiş zərərin məbləği təyin olunmalı, qiymətləndirilmə aparılmalıdır: "Təbii ki, bina evlərində yaşayan vətəndaşlar bu cür hadisələrlə daha çox qarşılarşırlar. Problemin qonşunuz tərəfindən həll edilməməsi, etinasız davranması isə məhkəməyə qədər gedib uzanır. Kimi dəymiş ziyanın ödənilməsini, kimi də evinin təmir edilməsini istəyir.

Vurulmuş zərərin əvəzinin ödənilməsi ilə bağlı hüquqları pozulmuş şəxslər tələb hüququ ilə məhkəməyə müraciət etmək hüququna malikdirlər".

Müəllif: Söylü Ağazadə

Bütün xəbərlər Facebook səhifəmizdə