Suriya prezidentinin müşaviri yol qəzasında dünyasını dəyişib

Bəşər Əsədin müşaviri Luna əl-Şibl yol qəzasında aldığı xəsarətlərdən dünyasını dəyişib.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə Suriya Ərəb Respublikası Prezidentinin Ofisi bildirib.

Məlumatda qeyd olunur ki, avtomobil qəzası bir neçə gün əvvəl baş verib. Çərşənbə axşamı Suriyanın SANA dövlət agentliyi Əsədin ofisinin informasiya xidmətinə istinadən xəbər verib ki, əl-Şiblə yol qəzasına düşüb və reanimasiyadadır.

Məlum olduğu kimi, Dəməşqə gedərkən əl-Şiblin getdiyi avtomobil yoldan çıxıb.

RİA Novosti xəbər verir ki, məsləhətçi reanimasiyaya aparılsa da, həkimlər onu xilas edə bilməyiblər.

Qeyd edilir ki, Luna əl-Şiblin 49 yaşı var idi. O, karyerasına Qətərin Əl-Cəzirə Şəbəkə telekanalında başlayıb.

Sonra o, Suriyaya qayıdıb və Əsədin mətbuat katibi və müşaviri olub.

Qəzanın təsadüfi ola bilməyəcəyi ilə bağlı fikirlər var: guya zirehli maşın Əl-Şiblinin maşınına çırpılıb.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə