Uşaq yazıçısı Gülzar İbrahimovanın yeni kitabının təqdimatı keçirildi

Bakı şəhər Mədəniyyət Baş İdarəsinin təşkilatçılığı və informasiya dəstəyi ilə və Norveçin Oslo şəhərindəki Nizami Gəncəvi adına Azərbaycan dili həftəsonu məktəbinin təşkilatçılığı ilə Beynəlxalq Muğam Mərkəzində tanınmış uşaq yazıçısı, şair M.Ş.Vazeh adına Mərkəzi Kitabxananın Fəxri oxucusu Gülzar İbrahimovanın "Trolların sirri"nağılınıntəqdimatı keçirildi. Sözügedən nağıl Skandinaviya xalqlarının nağıl qəhrəmanları trollara həsr edilib.

Tədbiri giriş sözü ilə N.Gəncəvi adına həftəsonu Azərbaycan dili məktəbinin koordinatoru Günay Əliyeva açaraq, "Trolların sirri” nağılının Gülzar İbrahimova ilə həftəsonu məktəbinin sıx əməkdaşlığı əsasında yarandığını bildirdi. O qeyd etdi ki, bu nağıl həm məzmunu, həm də tərtibatına görə şagirdlərin marağına səbəb olub. Məktəbin şagirdləri“Trolların sirri” nağılının norveç dilinə tərcüməsinə başlayıblar. Bu kitab məktəbin və şagirdlərin kitabxanasında xüsusi yer alıb.

Tədbirdə çıxış edən yazıçı, şair Gülzar İbrahimova Norveçdə dünyaya göz açmış uşaqlarımızın dilimizlə yanaşı, ədəbiyyatımızı da öyrənməsini təqdirəlayiq olduğunu bildirdi. “Trolların sirri" nağılının yaranmasından danışan G.İbrahimova nağılın bir il müddətinə ərsəyə gəldiyini bildirdi. Yazıçı sözügedən nağılın oxucular tərəfindən sevildiyini bildirərək,trolların onun yazdığı yerli və xarici nağıl qəhrəmanları arasında özünəməxsus yeri olduğunu bildirdi.

Tədbirdə uşaq yazıçısı, “Ağıllı bala” nəşriyyatının rəhbəri Fatimə Alxas, tarix elmləri doktoru, professor, AYB-nin üzvü,“Məcməüşşüəra” ədəbi məclisinin sədri Şahin Fazil, şairlərdən Gülayə Şınıxlı, Fəxrəddin Meydanlı, Zaur Ustac, 1 saylı uşaq-gənclər məktəbəqədər müəssisənin, 189, 220 saylı məktəblərin müəllim və şagirdləri “Trolların sirri” nağılı haqqında fikirlərini bildirərək,G.İbrahimovaya yaradıcılıq uğurları arzuladılar.

Təqdimatda BeynəlxalqMuğam Mərkəzinin solistləri Könül Xəlilzadə, Elgiz Əliyev və balaca müğənni Əhəd Ağayev gözəl ifaları ilə iştirakçıları heyran etdilər.Səhər Zərdablının və Tunar Qarayevin milli və xarici üslubda əyləncəli rəqsləri tədbirə əlavə sevinc qatdı.

Tədbirin sonunda Osloda N.Gənvəvi adına həftəsonu Azərbaycan dili məktəbinin şagirdləri sözləri Gülzar İbrahimovaya,musiqisi Elşən Nicata məxsus olan "Ana dilim" və "Sağ ol, ey Vətən! " mahnılarını ifa etdilər.

"Trolların sirri" nağılının təqdimatı ilk dəfə 2024-cü ilin25 may tarixində Diasporla İş üzrə Dövlət Komitəsinin və Osloda N.Gəncəvi adına həftəsonu məktəbinin birgə təşkilatçılığı ilə Oslonun məşhur “Deichman Bjørvika“ kitabxanasında keçirilmişdir.

Tədbirdə Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin əməkdaşları və çoxsaylı oxucuları, rus icmasının nümayəndələri, uşaqlar və valideyinlər, kitabsevərlər iştirak etdilər.

Bütün xəbərlər Facebook səhifəmizdə