İtaliya millisinin gənc müdafiəçisi “Arsenal”da

"Arsenal” “Bolonya” və İtaliya millisinin müdafiəçisi Rikkardo Kalafiori ilə müqavilə imzalamaq üzrədir.

SİA yerli mənbələrə istinadən xəbər verir ki, “topçular” Kalafiori ilə 2029-cu ilin iyun ayına kimi nəzərdə tutulan müqavilənin şərtlərini razılaşdırıblar.

İtalyanların tələbi təxminən 50 milyon avro olaraq qaldığı üçün “Arsenal” və “Bolonya” futbolçu üçün ödənişin həcmini müzakirə edirlər. Müdafiəçinin əvvəlki klubu “Bazel” futbolçunun satışından 50% alacaq.

22 yaşlı müdafiəçi ötən yay “Bazel”dən İtaliyaya cəmi 4 milyon avroya qayıdıb. İndi onun transfer dəyəri 30 milyon qiymətləndirilir. Kalafiori “Roma” akademiyasının yetirməsidir.

Ucaboy müdafiəçi İtaliya millisində iyun ayında debüt edib, bundan sonra 2024-cü il Avropa çempionatında “Skuadra Adzurra”nın heyətində 3 oyun keçirib.

Bütün xəbərlər Facebook səhifəmizdə