“Festivalda xarici ölkə nümayəndələri də öz mədəniyyətlərini nümayiş etdirirlər” - Fərid Qayıbov

“Bu gün möhtəşəm bir festivala şahidlik edirik. Burada nəinki Azərbaycandan, xarici ölkələrdən də qonaqlar iştirak edir və öz mədəniyyətlərini nümayiş etdirirlər. Sevindirici haldır ki, ailələr bu festivalda övladları ilə birgə iştirak edirlər. Onlarda öz uşaqlarına milli adət-ənənələri ilə tanış olurlar. “CavadXan” Tarix və Mədəniyyət Fonduna xüsusi təşəkkürümüzü bildiririk ki, bu cür tədbirin təşkilini öz üzərlərinə götürüblər”. SİA xəbər verir ki, bu sözləri gənclər və idman naziri Fərid Qayıbov Milli Yaylaq Festivalının açılış mərasimində jurnalistlərə açıqlamasında deyib.

“Türkdilli Dövlətlər Təşkilatının tərkibində keçirilən tədbiedə bir sıra nazirlərin görüşü baş tutub. Biz müxtəlif tədbirlər təşkil edirik. Bu tədbirlərdə bir sıra türk dilli dövlətlərdə iştirak ediblər. “Üzgüçülük hamı üçün” və gənclər paytaxtı olan Lənkəranda da təşkil olunan tədbirlərdə türk dilli dövlətlər iştirak ediblər”,- deyə nazir əlavə edib.

Ləman Sərraf

Bütün xəbərlər Facebook səhifəmizdə