Azərbaycan boksçuları Rusiyadakı turniri dörd medalla başa vurublar

Azərbaycan boksçuları Rusiyadakı turniri dörd medalla başa vurublar

Rusiyanın Yakutsk şəhərində keçirilən “Asiya uşaqları” VIII Beynəlxalq İdman Oyunlarında boks yarışları başa çatıb. Azərbaycan Boks Federasiyasının mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, milli komandamız turniri 4 medalla başa vurub.

Yarışın son günündə Nihad Qasımov (48 kq) gümüş medala yiyələnib.

Ondan əvvəl isə Haqverdi Həsənov (57 kq), Nurlan Abışov (60 kq) və Valeh Eyvazlı (66 kq) 3-cü yeri tutublar.

Bütün xəbərlər Facebook səhifəmizdə