Hatay divar rəsimləri üçün “Ginnes”ə müraciət etdi

Hatay Böyükşəhər Bələdiyyəsi tərəfindən verilən yazılı açıqlamaya görə ...

Türkiyə Hatay rayonunun Samandağ qəsəbəsində balıqçı sığınacağında 515 metr uzunluğundakı divara çəkilmiş şəkillərlə Ginnes Rekordlar Kitabına müraciət edib.

SİA xəbər verir ki, Hatay Böyükşəhər Bələdiyyəsi tərəfindən verilən yazılı açıqlamaya görə, bələdiyyənin Ətraf Mühitin Mühafizəsi və Nəzarət Şöbəsinin rəssamları tərəfindən divar boyu çəkilən rəsimlərdə Türkiyə “Yeşil Çam” kinostudiyasının məşhur personajları, dünya kinosundan portretlər, cizgi film qəhrəmanları və dəniz canlıları təsvir olunub.

9 ayda tamamlanan divar şəkilləri Sahil Mühafizə Komandanlığı tərəfindən ölçülüb və Ginnes Rekordlar Kitabına düşmək üçün müraciət edilib.

Turizmə töhfə vermək üçün layihə çərçivəsində seyirçilərə nostalji duyğular yaşadan mədəniyyət şəkilləri həm əyləncəli, həm maarifləndirici xüsusiyyət daşıyır.

Bütün xəbərlər Facebook səhifəmizdə