NATO Polşaya əlavə hava hücumundan müdafiə sistemləri verəcək

Sistemlər ən yeni Aegis Ashore bazasına çatdırılacaq

NATO-nun 32 ölkəsinin liderləri iyulun 9-11-də Vaşinqtonda keçiriləcək NATO sammitində alyansın hava və raketdən müdafiə sistemlərinin, o cümlədən Polşadakı ən yeni Aegis Ashore bazasında gücləndirilməsi barədə qərar qəbul edəcəklər.

...Biz həmçinin Polşadakı yeni Aegis Ashore bazası ilə raketdən müdafiə sistemimizi daha da gücləndirəcəyik.

SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə, Baş katib Yens Stoltenberq deyib bunu.

Baş katibin sözlərinə görə, alyans üzvləri transatlantik müdafiə-sənaye əməkdaşlığını gücləndirəcək və silah istehsalını artıracaq sazişi də təsdiqləmək niyyətindədirlər.

Yens Stoltenberq xatırladıb ki, 2014-cü ildə Rusiyanın ...Ukraynaya təcavüzü başlayandan bəri NATO köklü şəkildə dəyişib.

...Bu gün yüksək hazırlıq vəziyyətində olan 500.000 əsgərimiz; ilk dəfə olaraq alyansın şərq hissəsində döyüşə hazır döyüş qrupları; daha təkmil imkanlar, o cümlədən beşinci nəsil təyyarələr; iki yeni, son dərəcə sadiq üzvlər: Finlandiya və İsveç var.

Stoltenberq, NATO-nun müdafiəsinin gücləndirilməsi alyans üzvlərinin müdafiə ehtiyaclarına daha çox pul xərcləməyə başlaması ilə mümkün olduğunu da gizlətməyib.

...Və Aegis Ashore, ballistik raketlərdən qorunmaq üçün ABŞ tərəfindən hazırlanmış raketdən müdafiə sistemidir. Aegis Ashore-a radarlar, raket buraxılış qurğuları və digər komponentlər daxildir. 2023-cü ilin sonunda istifadəyə verilən Polşanın Aegis Ashore bazası Baltik sahilləri yaxınlığındakı Redzikovo kəndində yerləşir. O, NATO-nun daha geniş raket əleyhinə müdafiə sisteminin bir hissəsidir və Avropanı orta eləcə də qısa mənzilli ballistik raketlərdən qorumaq üçün nəzərdə tutulub. Baza düşmən raketlərini uçuş zamanı aşkar edib məhv edə bilən SM-3 ələ keçirən raketlər və AN/SPY-1 radarı ilə təchiz edilib.

Polşada bazanın yaradılması regionda təhlükəsizliyin və sabitliyin artırılması üçün nəzərdə tutulmuş ABŞ-NATO qlobal raket əleyhinə müdafiə sisteminin Avropa komponentinin mühüm elementidir.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə