Özcan Dəniz ailəsi ilə birlikdə Marmarisə üz tutub - FOTO

Türkiyəli məşhur müğənni Özcan Dəniz ailəsi ilə birlikdə yay tətilini keçirmək üçün Marmarisə üz tutub. SİA xəbər verir ki, Marmarisdə xüsusi yaxtada istirahət edən Özcan Deniz və həyat yoldaşı Samar Dadgarın övladları ilə şəkilləri sosial şəbəkələrdə gündəm olub.

Özcan Dəniz kölgədə uzanıb istirahət etsə də, həyat yoldaşı Samar bol-bol dənizdə çimməyə və günəşlənməyə üstünlük verib.

Qeyd edək ki, yaxtada istirahət zamanı aktyorlar İlhan Şen ve Pınar Gülkapan məşhur cütlüyün qonağı olub.

Bütün xəbərlər Facebook səhifəmizdə