Alla Puqaçova dostlarını və soydaşlarını Rusiyanı tərk etməyə çağırıb

...Genişmiqyaslı işğalın əvvəlində Ukraynaya açıq dəstək verən və Rusiya Federasiyasını tərk edən rusiyalı müğənni Alla Puqaçova həmkarlarını təcavüzkar ölkəni tərk etməyə çağırıb.

Bəzi Rusiya KİV-lərinin yazdığı kimi, sənətçi artıq bəzi rus dostlarına zəng edib və əşyalarını yığmağı məsləhət görüb.

Rusiyadakı bəzi sənətçilər Maksim Qalkindən də oxşar zənglər gəldiyini və onun həyat yoldaşının fikrini dəstəklədiyini bildiriblər.

...Bizim məlumatlara görə, onların indi Moskva və Sankt-Peterburqda yaşayan onlarla daha çox dostları və rəfiqələri Puqaçova və onun əri Maksim Qalkindən eyni zəngləri alıblar.

SİA-nın əldə etdiyi məlumata görə, bunu RosSMI qeyd edir .

Maraqlıdır ki, Putinin tərəfdarı və onun mətbuat katibi Dmitri Peskov artıq Alla Puqaçovanın çağırışlarına cavab verib və bu sözləri yazıb: “Bu, sadəcə olaraq, suları bulandırır və ya ola bilsin, bəzi daxili düşmənlər ondan təxribatlara əl atmağı xahiş ediblər”.

Nazlı Almuradova

Bütün xəbərlər Facebook səhifəmizdə