Fransa bəşəriyyətin varlığına təhlükədir TƏHLİL

Bu gün dünyanın müxtəlif bölgələrində baş verən müharibələr, vətəndaş qarşıdurmaları minlərlə insanın ölməsin, yaralanmasına, böyük şəhərlərin dağılmasına gətirib çıxarır. Təkcə Rusiya-Ukrayna müharibəsində 1 milyona yaxın insan həyatını itirib, 16 milyon ukraynalı isə ev eşiyini tərk edərək xarici ölkələrə qaçmağa məcbur olub. İsrail-HAMAS qarşıdurmasında 50 minə yaxın dinc uşaq öldürülüb ki, onlarında 37 mini uşaqlardır. Müharibələrin getdikcə gərgin xarakter alması və daha geniş coğrafi əraziləri əhatə etməsi dünya müharibəsi ehtimallarını yaradır. Daha doğrusu bəzi siyasi, hərbi ekspertlər üçüncü dünya müharibəsinin qaçılmaz olduğunu qeyd edirlər. Artıq Rusiya bir neçə istiqamət də nüvə təlimləri həyata keçirib və rəsmi Moskva ABŞ-ı və Avropanı atom bombasını işə salacağı ilə hədələməkdədir. Rusiyanın şəhərlərinin Ukrayna silahlı qüvvələri tərəfindən raket atəşinə tutması və çoxsaylı insan tələfatlarının baş verməsi Rusiyanı nəzər də tutduğu planın reallaşdıracağından xəbər verir. Çünki Rusiya heç vəchlə ərazilərinin intensiv şəkil də bombalanmasını və dağıntıların, insan tələfatlarının olmasını həzm edə bilməyəcək. Təbii ki, üçüncü dünya müharibəsinin baş verməsi və nüvə silahının işə düşməsi bəşəriyyətin sonu ola bilər. Bunu dünyanın aparıcı dövlətləri bilsələr də vəziyyətin stabilləşdirilməsi üçün lazımi addımlar atmırlar. Əksinə ABŞ və Avropanın İsrail-HAMAS müharibəsində birincinin yanında yer almaları vəziyyətin gərginləşməsinə xidmət edən amillərdəndir. Xüsusilə də, Fransa prezidenti Makronun seçki məğlubiyyətini xarici diplomatiya vasitəsi ilə ört basdır etmək üçün fəallıq göstərməsi vəziyyətin ağırlığından xəbər verir. E.Makron vaxtilə “İslam dövləti” terror təşkilatına qarşı yaradılmış beynəlxalq koalisiya çərçivəsində HAMAS-a qarşı mübarizəyə başlamağı təklif edib. Hansı formada? Şübhə yoxdur ki, Liviyaya, İraqa və Suriyaya qarşı təşkil olunun koalisiya forması düşünülür. Belə hal yaranarsa müharibə ocağının genişlənəcəyi və daha amansız xarakter alacağı şübhəsidir. Rusiya, Çin və müsəlman ölkələrinin Makronun iddialarına qarşı sərt təpki göstərmələri və belə bir birliyin yaradılması istəyini tənqid etmələri qeyd olunanlara misal ola bilər. Müharibə isə dayanmayacaq. Çünki, bundan əvvəl ABŞ prezidenti Bayden də Yaxın Şərqdəki hadisələri şərh edərkən bildirib ki, “hələ müharibəni dayandırmağın vaxtı deyil”. ABŞ, Fransa və ümumilikdə Qərbin yanaşması bölgədə sülhü bərpa etmək, hər iki tərəfdən minlərlə insanın ölümünə səbəb olan qanlı döyüşləri dayandırmaq yox, müharibəni daha da alovlandırmağa yönəlib.E. Makronun və ümumilikdə Qərbin İsrail-HAMAS müharibəsini dayandırmaq üçün fəal iş aparmaq əvəzinə savaşın davam etdirilməsinə dəstək vermələri bir daha göstərir ki, Qərb sülhdə maraqlı deyil. Hazır ki məqamda İsraillə HAMAS arasında əldə olunan atəşkəs rejimi də müvəqqəti xarakter daşıyır. Fransa kimi qızışdırıcı mövqe tutan dövlətlərin səyi ilə tərəflərarasında müharibənin yenidən bərpa olunacağı şübhəsizdir. Bu, Fransanın xarici siyasətinin başlıca prinsiplərindəndir. Müharibələrin sayı çox olarsa Fransa kərəksiz və keyfiyyətsiz silah sursatını müharibə aparan dövlətlərə satmaq imkanı qazanır. Artıq Livan vasitəsi ilə Fransa HAMAS-a böyük çeşiddə silah sursat satıb və bu alveri davam etdirməkdədir.

Fransa hakimiyyəti qan tökməyə meyillidir

Fransa açıq şəkildə müstəmləkə siyasəti aparan və terroru dəstəkləyən, maliyyələşdirən dövlətlər sırasında yer alır. Bu baxımdan belə bir dövlət dünyada sülhə və təhlükəsizliyə heç bir halda tövfhə verə bilməz. Makron hakimiyyətinin bir sıra ada dövlətlərində vandalizm siyasəti həyata keçirməsi bu ölkə rəhbərliyinin qatı müstəmləkə siyasəti apardığını göstərir. Yeni Kaledoniya da insanların azadlıq uğurunda savaş aparmasını Fransa hakimiyyəti vəhşilik törətməklə cavab verir. Nəticə də onlarla insan həyatını itirib, yüzlərlə ölkə vətəndaşı isə yaralanıb. Sülhpərvər siyasətə üstünlük verməklə əzilən, hüquqları tapdanan xalqların yanında olan Azərbaycan bu dəfə də kanakların yanında olduğunu nümayiş etdirir. Ona görə də, Yeni Kaledoniya xalqı ölkəmizin Prezidenti Cənab İlham Əliyevə öz təşəkkürlərini bildirilər. Sosialist və milli KANAK azadlığı cəbhəsinin BMT-dəki nümayəndəsi Xanım Maqalie Tinqal çıxışında Yeni Kaledoniya xalqı adından Azərbaycan Prezidenti İlham Əliyevə bəyanatına görə təşəkkür edib: “Bu, çox güclü və çox doğru bəyanat idi. Fransa çox ikiüzlüdür. Azərbaycan Prezidentinə bizim vəziyyətimizlə bağlı bəyanatına görə təşəkkür edirəm. Biz bu gün Yeni Kaledoniyada çox böyük problemlərlə üzləşirik. Yeni Kaledoniyanın müstəqilliyi ilə bağlı 2021-ci ilin 12 dekabrında keçirilmiş referendum pandemiya dövründə təsadüf etdi. Ona görə də biz bunun təxirə salınmasını istədik. Lakin Fransa referendumu saxladı, nəticədə Yeni Kaledoniya əhalisinin 57 faizi referendumda iştirak edə bilmədi. Fransanın bu referendumu saxlaması ikiüzlülükdür. Biz öz hüquqlarımız uğrunda mübarizə aparacağıq. Ona görə də bu məsələni Beynəlxalq Ədalət Məhkəməsində qaldıracağıq”. Bu qan tökməyə, insanları əsarət altında saxlama meyilli Fransa hakimiyyəti əlaltısı Ermənistan vasitəsi Azərbaycan torpaqlarınada soxulmağa cəhdlər göstərmişdir. Lakin dəmir yumuruq Ermənistanın başını əzdiyi kimi Fransanın məkrli niyyətini də alt-üst etdi. Ermənistanın acınacaqlı şəkil də məğlubiyyətə uğradılmasından sonra da Fransa öz “bacı”sına dəstəyini davam etdirir. Hətta Ermənistanın silahla tədarükünə nəzarətin gücləndirilməsi üçün Fransanın İrəvandakı səfirliyində hərbi missiya yaradılıb, attaşe təyin edilib. Fransa hərbi attaşesi Fransanın öldürücü silahlarının Ermənistana tədarükünə nəzarət edəcək.Nəzərə alınmalıdır ki, Fransanın və digər ermənipərəst dairələrin Ermənistanı silahlandırması onsuz da gərgin olan Cənubi Qafqazda vəziyyəti dərinləşdirə bilər. Ermənistanın məhz Fransa tərəfindən silahlandırılmasını təsdiq edən bir sıra faktlar mövcuddur. Fransanın 50 ədəd VAB MK3 zirehli transportyorlarını, "Bastion" və "Şerpa" zirehli maşınlarını İrəvanın alacağı qeyd olunurdu. Artıq Fransa noyabrın əvvəlindən başlayaraq Ermənistana silahlarını tədarük etməkdədir. Haqlı olaraq da əksər demokratik düşüncəli dünya xalqları Fransanın siyasətini açıq şəkildə pisləyirlər.

Ermənistan məğlubiyyətindən nəticə çıxarmasa...

Ermənistan 44 günlük Vətən Müharibəsinin acı nəticələrindən nəticə çıxarmasa regionda yeni müharibənin baş verməsi qaçılmazdır. Bu halda Ermənistan mövcudluğunu tamamilə itirə bilər. Müharibə baş verəcəyi təqdirdə erməni hərbi xuntasını heç bir qüvvə, o cümlədən fransız silahları, ABŞ-ın dəstəyi, Avropa İttifaqının da kömək edə bilməyəcək. Ona görə də Ermənistanın hazır ki rəhbərliyi mövcud reallığı qəbul edərək, Azərbaycanın sülhə xidmət edəcək təkliflərini qəbul etməlidir, Zəngəzur dəhlizi açılmalı, sülh müqaviləsi imzalanmalı, Qərbin , xüsusilə də Fransanın regiona olan əsassız müdaxilələrinə qarşı etiraz edilməklə, imtina edilməlidir. Ermənistanın acınacaqlı məğlubiyyəti ilə başa çatan 44 günlük Vətən Müharibəsindən sonra Ermənistan Milli Təhlükəsizlik Xidmətinin keçmiş direktoru Davit Şahnazaryan bildirib ki, Fransa Ermənistana PUA-lara qarşı mübarizə sistemləri göndərmək təklif edib, ancaq Paşinyan qəbul etməyib. Görünür müttəfiqi hesab olunan Rusiyanı özündən incik sala biləcəyindən ehtiyat edib. Çünki, o zaman Ermənistan hakimiyyəti indiki kimi Rusiya ilə münasibətləri qarşıdurma səviyyəsində deyildi. Paşinyan rejimi müharibənin ilkin mərhələsində Rusiyaya olan ümidlərini tam şəkildə üzməmişdir. Yəni xəyal edirdi ki, tarixin müxtəlif dönəmlərində olduğu kimi bu dəfə də Rusiya bütün vasitələrlə onlara Azərbaycana qarşı müharibədə yardımçı olacaq. Lakin Rusiya və digər Ermənistana dəstək verməyi düşünən dövlətlər və qüvvələr Azərbaycanın sərt münasibəti ilə üzləşə biləcəklərindən ehtiyat etdiklərindən açıq şəkildə Ermənistana kömək etməkdən imtina etdilər. Nəticə də 2020-ci il noyabrın 10-da Ermənistan təslim olmaq haqqında sənədi imzalamağ məcbur oldu. Məhz Ermənistanın ağ bayraq qaldırmasından sonra Fransa daha geniş və əhatəli şəkildə Ermənitna siyasi və hərbi dəstəyini artırmağa başladı. Bununla geosiyasi, geostrateji maraqları fonunda Cənubi Qafqazda mövcudluğunu təmin etməyə ümid bəsləyir, digər tərəfdən isə Ermənistana Avropa İttifaqının Qarabağ problemi üzərindən etdiyi yardımların qarşılığında bu maliyyə qaynaqlarını özününküləşdirmək istəyir. Lakin Fransanın ümidləri puça çıxacağı şübhəsidir. Çünki, regionun lider dövləti olan Azərbaycan heç bir halda Fransanın və ya hansısa digər pozucu qüvvələrin bölgəyə daxil olmasına imkan verməz. Xatırlamaq yerinə düşərdi ki, Fransanın təkidi ilə Ermənistana göndərilən Avropa İttifaqının “sivil” missiyası heç nəyə nail ola bilmədi. Ermənistanın silah-texnika parkını yeniləməyə çalışması da nəticə verməyəcək. Nəticə etibarı ilə 2020-ci il noyabrın 10-da Azərbaycan qarşısında ağ bayraq qaldıran Ermənistan Fransa kimi dövlətlərin təsiri altında qalmaqda davam edəcəyi təqdirdə dövlətçiliyini itirməli olacaq. Çünki, regionun hərbi, siyasi, iqtisadi və digər sahələrdə güc mərkəzi olan Azərbaycanın Ermənistanın təxribatlarına və pozuculuğa xidmət edən fəaliyyətinə göz yummaq fikrində deyil. Sərhəddə təxribatlar baş verəcəyi təqdirdə ciddi şəkildə Ermənistanın cəzalanacağı şübhəsizdir. Ona görə də Ermənistan Cənubi Qafqazda sülhün və təhlükəsizliyin qorunub, saxlanmasını itirməmək üçün Azərbaycanın sülhə xidmət edən təkliflərini qəbul etməlidir.

Fransa səhv siyasətin qurbanı ola bilər

Araşdırmalara və proseslərə əsasən demək olar ki, Fransa Ermənistanın yanında olmaqla ciddi yanlışlıqlara yol verib. Çünki, Ermənistan zəif və heç bir perespektivi olmayan dövlətdir. Azərbaycan isə regionun lider dövləti olmaqla yanaşı həm də dünya siyasətində yeri və rolu olan ölkədir. Avropanın enerji təhlükəsizliyində isə Azərbaycanın rolu əvəzsizdir. Bir məqamı vurğulamaq lazımdır ki, Azərbaycan-Fransa münasibətləri ermənipərəst Makron hakimiyyətə gələnə qədər müsbət axarda olub. Fransa 1992-ci il fevralın 21-də Azərbaycan ilə diplomatik münasibətlər qurub, həmin ilin martın 19-da isə Bakıda öz səfirliyini açıb. Fransa ilə Azərbaycanın diplomatik münasibətləri, dövlət və hökumət başçılarının yüksək səviyyəli qarşılıqlı səfərləri iki ölkə arasında münasibətlərin ildən-ilə güclənməsinə müsbət təsir göstərmişdir. 1993-cü ildə Ulu Öndərimiz Heydər Əliyev xarici ölkələrə ilk rəsmi səfərini məhz Fransadan başlamışdır. Azərbaycan-Fransa tərəfdaşlığı Prezident İlham Əliyevin 2003-cü ildən ölkəyə rəhbərlik etdiyi müddətdə daha da dərinləşmişdir. Prezident İlham Əliyev də ilk xarici və rəsmi səfərini Fransaya etdi. Bu cür siyasi gedişlər Azərbaycanın xarici siyasət kursunda Fransaya böyük önəm verildiyini göstərirdi. Azərbaycan 2009-cu ildə daxil olduğu "Şərq Tərəfdaşlığı" proqramı çərçivəsində Avropa ilə fəal dialoq aparmağa başladı. 2014-cü ilin may və 2015-ci ilin aprelində Bakıya rəsmi səfərlər edən Fransa Prezidenti Fransua Olland ilə Prezident İlham Əliyev arasında görüş səmimi və konstruktiv xarakter daşıdı. Azərbaycan-Fransa münasibətləri sülh və təhlükəsizliyə xidmət etməklə yanaşı, iqtisadi tərəqqiyə də geniş imkanlar açır. Sözsüz ki, strateji tərəfdaşlıq səviyyəsinə yüksələn bu əməkdaşlıq bütün sahələrdə yüksələn xətt üzrə inkişaf edir və gələcəkdə qarşılıqlı münasibətlərin yeni mərhələyə qədəm qoyacağı da şübhəsizdir. Azərbayacn Prezidenti İlham Əliyevin 2018-ci ilin iyulunda Fransaya rəsmi səfəri səmərəli və məhsuldar oldu. Səfər zamanı 2,3 milyard dollarlıq sazişlər imzalandı. Həmçinin səfər çərçivəsində Fransanın 11 şirkətinin nümayəndələri ilə səmərəli işgüzar görüşlər keçirildi. Ümumiyyətlə, Azərbaycan-Fransa münasibətləri öz xarakterinə və mahiyyətinə görə sülh və təhlükəsizliyə xidmət etməklə yanaşı, eyni zamanda, Avropada və Cənubi Qafqazda iqtisadi tərəqqiyə geniş imkanlar açır. Strateji tərəfdaşlıq səviyyəsinə yüksələn bu əməkdaşlıq hər iki dövlətin və xalqın qarşılıqlı milli maraqlarına xidmət edir. Azərbaycanın ilk peyki – "Azərspace-1" Cənubi Amerikada, Fransanın inzibati idarəçiliyində olan Fransız Qvianasındakı Kuru kosmodromundan – Qviana Kosmik Mərkəzindən üzərində üçrəngli Azərbaycan bayrağı olan "Ariane-5" daşıyıcı raketi ilə orbitə buraxılıb. Bu, iki ölkə arasında yüksək kosmik texnologiyalar sahəsində qurulan sıx tərəfdaşlıq nəticəsində mümkün olmuşdur.Təqdirəlayiq haldır ki, BMT-nin iqlim dəyişikliyi üzrə 21-ci konfransına evsahibliyi edən Fransa, qlobal istiləşməyə qarşı mübarizə sahəsində üzərinə düşən öhdəliyi yerinə yetirdiyinə görə Azərbaycanı alqışlayıb. Əlbəttə ki, iqtisadi əlaqələr dövlətlərarası münasibətlərin inkişafında xüsusi yer tutur. Bu sahədə müşahidə edilən müsbət dinamika Azərbaycan Fransa arasındakı əlaqələrinin daha da genişlənməsinə töhfələr verir. Ölkələr arasında qeyri-neft sektorunda həyata keçirilən layihələr, Fransa şirkətlərinin Azərbaycanın özəl qurumları ilə işgüzar əlaqələri və digər amillər əməkdaşlıq sahəsində əhəmiyyət kəsb edir. İqtisadi sahədə əməkdaşlıq üçün böyük potensial mövcuddur və Azərbaycanda 50-dən artıq fransız şirkəti fəaliyyət göstərir. İqtisadi, siyasi, diplomatik uğurlar bundan sonra da davam edə bilərdi. Lakin ermənilərin böyük maddi və mənəvi dəstəyi ilə E. Makronun hakimiyyətə gəlməsi inkişaf etməkdə olan Fransa-Azərbaycan əlaqələrinin zərər görməsinə gətirib çıxartdı. Təbii ki, itirən tərəf Fransadır. Çünki dünyanın güc mərkəzlərindən biri olan Azərbaycanın dostlar Fransaya dəstək verənlərin sayından qat-qat çoxdur. Paris küçələrində Makron əleyhinə kütləvi aksiyaların keçirilməsi, Fransanın müstəmləkəsi olan dövlətlərdə azadlıq mübarizəsinin geniş vüsət alması Makronun yanlış xarici siyasətinin nəticəsidir. Əgər Makron rejimi səhv siyasətini dəyişməyəcəyi və Azərbaycandan üzhaxlıq etməyəcəyi təqdirdə daha böyük fəlakətlərlə üzləşəcəyi şübhəsizdir.

İLHAM ƏLİYEV

Bütün xəbərlər Facebook səhifəmizdə