“Beril” qasırğası nəticəsində ölənlərin sayı 11-ə çatıb

Amerika qitəsində böyük dağıntılara və insan tələfatına səbəb olan "Beril" qasırğasında ölənlərin sayı 11-ə yüksəlib. SİA xarici KİV-ə istinadən xəbər verir ki, qasırğa ABŞ-ın Texas ştatına çatıb, hər iki istiqamətdə uçuşlar dayandırılıb.

Amerika qitəsində böyük dağıntılara səbəb olan "Beril" qasırğası təsirini davam etdirir. Əvvəlcə Karib hövzəsi ölkələrində, sonra isə Yukatan yarımadasında dağıntılara səbəb olan "Beril" qasırğasının qurbanları getdikcə ağırlaşır. Çatdığı rayonlarda binalara böyük ziyan vuran, elektrik naqillərini sökən qasırğada ölənlərin sayı 11-ə çatıb.

ABŞ Milli Qasırğa Mərkəzi tərəfindən edilən açıqlamada, can itkisinə səbəb olan və bu gün Texasa çatan qasırğa səbəbi ilə hər iki istiqamətdə uçuşların dayandırıldığı, bunun ölümcül qasırğa ola biləcəyi ilə bağlı xəbərdarlıqların da edildiyi bildirilib. Texas qubernatorunun müavini Den Patrik 120 bölgəni fəlakət zonası elan edib. Qasırğa səbəbindən bir çox şəhərlərdə, o cümlədən ştatın ən böyük şəhəri Hyustonda təhsil dayandırılıb.

Müəllif: Səbinə Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə