Bred Pitt görünüşü ilə gündəmi zəbt edib - FOTOLAR

Məşhur amerikalı aktyor və kinoprodüser Bred Pitt görünüşü ilə gündəmi zəbt edib. SİA xəbər verir ki, sosial şəbəkələrdə yeni fotolarını paylaşan dünya şöhrətli aktyorun ünvanına yazılan xoş sözlərin ardı-arası kəsilməyib.

60 yaşlı aktyor Londonda çəkiliş meydançasında fotoqrafların obyektivinə tuş gəlib. Ulduzun əynində krem ​​rəngli dar şalvar və sinəsi açılmış yüngül uzunqol köynək olub. Məşhur ulduz geyimini açıq rəngli ayaqqabı və gün eynəyi ilə tamamlayıb.

Sosial şəbəkələrdə paylaşılan şəkilllərə aktyorun pərəstişkarları xeyli sayda şərh yazaraq onun görünüşünü yüksək qiymətləndiriblər. “Hələ çox yaraşıqlı və gənc adamdır!”, “O, yaraşıqlıdır”, “Onun gözəl saçları var”, “Bu adamın 60 yaşı necə ola bilər"? "O, heyrətamiz görünür”, “O, gözəldir", kimi şərhlər qeyd olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə