“Neftçi” yeni mövsümə hazırlığı davam etdirir. Klubdan SİA-ya verilən məlumata görə, təlim-məşq toplanışının Bakıda təşkil olunmuş ilk mərhələsini ötən həftə başa vuran “ağ-qaralar” bu gün Türkiyədə ikinci mərhələyə start verəcək.
Toplanış iyulun 26-dək Ərzurum bölgəsində davam edəcək. Komanda hazırlıq çərçivəsində 4 yoxlama oyunu keçirməyi planlaşdırır.
Bütün xəbərlər Facebook səhifəmizdə