“Fənərbağça” türkiyəli müdafiəçi ilə yollarını ayırıb

Türkiyənin “Fənərbağça” komandası futbolçusu Sərdar Azizlə yollarını ayırıb. SİA klubun rəsmi saytına istinadən xəbər verir ki, İstanbul nəhənginin yeni mövsüm üçün planlarına daxil olmayan müdafiəçi ilə əməkdaşlığa son qoyulub.

34 yaşlı oyunçu ötən mövsüm komandanın heyətində 20 oyunda 1 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.

Qeyd edək ki, Sərdar Aziz 2019-cu ilin yanvarından “Fənərbağça”da çıxış edirdi.

Bütün xəbərlər Facebook səhifəmizdə