Airbus şirkəti Bundesverə 2,5 milyard dollara iki peyk satacaq

Airbus 2,5 milyard dollara Almaniyanın Silahlı Qüvvələri Bundesveri iki yeni nəsil geostasionar rabitə peyki “SATCOMBw 3” ilə təmin edəcək.

SİA APA-ya istinadən xəbər verir ki, bu barədə “SpaceNews” nəşri xəbər verib.

“Airbus Defence and Space” şirkəti ilə Almaniya Silahlı Qüvvələri arasında bağlanan saziş onilliyin sonuna qədər kosmik gəmilərin inşasını və buraxılmasını, həmçinin yer bazasının modernləşdirilməsini və 15 il ərzində əməliyyat dəstəyini nəzərdə tutur.

Yeni kosmik gəmi 15 il əvvəl aşağı Yer orbitində yerləşdirilən “SATCOMBw 2” sistemini əvəz etməlidir.

Bütün xəbərlər Facebook səhifəmizdə