ABŞ generalı müəmmalı şəraitdə ölüb

Ukraynaya səfər etdikdən sonra

ABŞ-ın istefada olan dəniz piyada generalı Uilyam F. Mullen Twentynine Palms Təlim Mərkəzində ölü tapılıb.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə “Task and purpose” portalı yazıb. Portalın yazdığına görə,

Mullen qəfil ölümündən az əvvəl Ukraynaya gəlibmiş.

Portalın məlumatına görə, istefada olan general bu ilin fevralında Ukrayna Silahlı Qüvvələrinin hərbi hazırlığını yoxlamaq üçün Ukraynaya səfər edib.

O, ölkənin müdafiə nazirinin müavini Natalya Kalmıkova ilə də görüşüb.

Jurnalistlərin sözlərinə görə, Mullen Ukrayna əsgərləri üçün təlim proqramlarının təhlili və hazırlanması ilə məşğul olub.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə