“Orxan” qasırğası Moskvanı yağış və dolu ilə vurub

Bir neçə gün idi ki, xəbərdarlığı edilən “Orxan” qasırğası artıq Moskvaya çatıb.

Bu da paytaxtda yağış, tufan, bəzi yerlərdə dolu ilə müşahidə edilib.

Aylıq yağışın təxminən yarısı Moskvaya tökülüb ki, bu, hər kvadrat metrə təxminən iki-üç vedrə su deməkdir. SİA bu barədə rus saytlarına istinad edir.

...Güclü külək arabir 20-25 m/s-ə çatıb. Aşan ağaclar var. Bəzi yerlərdə gövdələr yolları bağlayıb. SİA kp.ru-ya istinadən bildirir ki, küləyin təsirindən 30 metrlik ağac aşıb, beşmərtəbəli binanın fasadına və konteyner platformalarına ziyan vurub.

Yaxınlaşan pis hava ilə əlaqədar Moskvada bütün parklar bağlanıb. Sokolniki, Qorki parkı, Krasnaya Presnya, zoopark və apteklər bağına giriş yoxdur.

Restoranlara verandalarında xidmət göstərməyi dayandırmaq və çətirlərini əvvəlcədən bağlamaq tövsiyə olunub.

Nazlı Almuradova

Bütün xəbərlər Facebook səhifəmizdə