“Məişət şəraitinin yaxşılaşdırılması üzrə 42 153 250 AZN vəsait xərclənib”

“Məişət şəraitinin yaxşılaşdırılması istiqaməti üzrə "YAŞAT" Fondu tərəfindən xərclənən vəsait 42 153 250 AZN təşkil edir”. SİA xəbər verir ki, bu sözləri mətbuat konfransı zamanı "YAŞAT" Fondunun rəhbəri Elvin Hüseynov deyib. Onun sözlərinə görə, məişət şəraitinin yaxşılaşdırılması istiqaməti üzrə şəhid ailə üzvlərinin 5 536 , itkin ailə üzvlərinin 7 və yaralıların 7 033 müraciəti olmaqla ümumilikdə 12 576 müraciət təmin edilib.

Eyni zamanda 27 sentyabr 2020-ci il tarixindən sonra dünyaya gələn 111 şəhid övladı ilə bağlı Fond tərəfindən “Onlar bizə əmanət” layihəsi həyata keçirilib. Layihə çərçivəsində yeni doğulmuş şəhid övladlarının zəruri xərclərinin qarşılanması məqsədi ilə 1 000 AZN məbləğində maddi yardım edilib və şəhid övladlarının adına 5 000 AZN məbləğində depozit hesabı açılıb. Hər iki valideynini itirən 7 şəhid övladının adına isə 5000 AZN məbləğində depozit hesabı açılıb. Onların içərisinə Bərdə və Gəncə terrorunda valideynlərini itirmiş uşaqlar da daxildir”.

Bütün xəbərlər Facebook səhifəmizdə