Ailə dəyərlərinin təbliği ilə bağlı müsabiqə elan olunub - ŞƏRTLƏR
Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı və Müstəqil Araşdırmaçı Jurnalistlər Liqası İctimai Birliyinin təşkilatçılığı ilə “Azərbaycan ailə modelinin gənc nəslə təbliği” adlı layihə həyata keçirilir.
Layihə çərçivəsində jurnalistlər və gənclər arasında keçirilməklə 2 müsabiqə təşkil olunur.
1. Jurnalistlər arasında “Müasir dövrdə ailə institutumuzu necə qorumalıyıq?” adlı məqalə müsabiqəsinin şərtləri və tələblər:
- Məqalə sadə dildə və əhatəli olmalıdır, real nümunə əsasında yazılan məqalə əlavə üstünlük qazanır.
- Müsabiqə elan olunduqdan sonra elektron internet portallarında dərc edilməlidir;
- Məqalənin həcmi 6000 (altı min) işarədən artıq olmamalıdır;
- Elektron portalda dərc ediləndən sonra link əlavə edilərək göstərilən epoçta təqdim edilməlidir.
- Eyni bal toplayan yazılar arasında real sayğaca əsasən daha çox oxunmuş olanlar və sosial şəbəkələrdə daha çox paylaşılanlar üstünlük qazanacaq.
QEYD:
Məqalələr elektron poçt vasitəsilə [email protected] adresinə göndərilməlidir.
Məqaləni göndərən şəxs adı, soyadı və mobil telefon nömrəsini qeyd etməlidir.
Mükafat:
I yer- Diplom və müxtəlif hədiyyələr
II yer - Diplom və müxtəlif hədiyyələr
III yer - Diplom və müxtəlif hədiyyələr
2 həvəsləndirici yer - Sertifikat və müxtəlif hədiyyələr
2. Gənclər arasında müsabiqənin şərtləri
- Müsabiqədə 35 yaşadək şəxslər iştirak edə bilər
- İnşa-yazı maarifləndirici və əhatəli olmalıdır;
- İnşanın həcmi 4000 (dörd min) işarədən artıq olmamalıdır.
- yazı hər hansı bir media orqanında və ya sosial şəbəkə səhifəsində dərc edilə bilər.
Daha çox bal toplamış yazlar arasında daha çox paylaşılmış və oxunmuş yazılara üstünlük veriləcək.
QEYD:
İnşa yazılar elektron poçt vasitəsilə [email protected] adresinə göndərilməlidir.
İnşanı göndərən şəxs adı, soyadı və mobil telefon nömrəsini qeyd etməlidir.
Mükafat:
I yer- Diplom və müxtəlif hədiyyələr
II yer - Diplom və müxtəlif hədiyyələr
III yer - Diplom və müxtəlif hədiyyələr
2 həvəsləndirici yer- Sertifikat və müxtəlif hədiyyələr
Hər iki müsabiqə üçün yazılar 01 mart - 15 mart 2023-cü il tarixləri aralığında qəbul olunur.
Əlaqə telefonu: (055) 770-71-71
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB