Küləkli hava şəraiti nə vaxtadək davam edəcək? - QURUM RƏSMİSİ AÇIQLADI

"Fevralın 9-na olan məlumata əsasən, ölkə ərazisində hava şəraiti yağıntılı olub. Bəzi yerlərdə isə qar yağıb. Yağan qar nəticəsində qar örtüyünün hündürlüyü bəzi bölgələrdə 18-20 sm, dağlıq rayonlarda isə 45 sm qeydə alınıb". Bu sözləri SİA-ya açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova deyib.

O bildirib ki, ölkə ərazisində müşahidə olunan küləkli hava şəraitinin fevralın 9-u axşamadək davam edəcəyi gözlənilir: "Fevral ayının 10-da isə mülayim cənub küləyi əsəcək. Yağıntılar isə ayın 10-u gündüz saatlarından tədricən kəsiləcək. Həftəsonunda Bakıda, Abşeron yarımadasında və bölgələrdə hava şəraitinin sabit, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir. Eyni zamanda, gün boyu mülayim cənub küləyi davam edəcək".

Müəllif: Ləman Əlizadə

Bütün xəbərlər Facebook səhifəmizdə