Azərbaycanda zəlzələ gözlənilir? - DİQQƏT! - SEYSMOLOQ AÇIQLADI

“Yaxın günlərdə Azərbaycanda güclü zəlzələnin başvermə ehtimalı yoxdur. Azərbaycanda hər gün yeraltı təkanlar qeydə alınır. Lakin çoxu hiss olunmur”. Bu sözləri SİA-ya açıqlamasında seysmoloq Qurban Yetirmişli deyib.

Onun sözlərinə görə, təbii ki, bu təkanların içərisində hiss olunanı da ola bilər: “Amma qorxulu bir şey yoxdur. Bu xırda təkanlar isə Azərbaycanın hər yerində baş verə bilər. Əgər sutka ərzində müəyyən sayda təkan varsa, istər Şamaxı, istər Lənkəran, istərsə də Azərbaycanın başqa bir bölgəsində hiss olunma ehtimalı var. Dəqiq bir şəkildə demək olmaz ki, aşağı ballı zəlzələ olsa belə filan ərazidə olacaq. Bəzi astroloqlar bildirir ki, Azərbaycanda da Türkiyədəki kimi güclü dağıdıcı zəlzələ olacağı gözlənilir. Belə xəbərlərə inanmaq lazım deyil. Əgər əvvəlcədən güclü zəlzələnin olub-olmayacağı dəqiq bilinsəydi, Türkiyə və digər ölkələr ehtiyat tədbirləri görərdilər.

Müəllif: Ləman Əlizadə

Bütün xəbərlər Facebook səhifəmizdə