MSK-da iclas keçirilib - YENİLƏNİB

Bu gün Mərkəzi Seçki Komissiyasında iclas keçirilib. SİA xəbər verir ki, iclasda Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov, Mərkəzi Seçki Komissiyasının katibi Arifə Muxtarova, Mərkəzi Seçki Komissiyasının sədrinin müavini Rövzət Qasımov iştirak edib. İclasda komissiyanın 16 avqust 2022-ci il tarixli iclas protokolunun təsdiq edilməsi, normativ aktlarına və bəzi dairə seçki komissiyalarının tərkibinə dəyişiklik məsələləri müzakirə olunub. Seçki komissiyasının bugünkü iclasında müraciətlər səs verməyə çıxarılıb və dəyərləndirilib.

Eyni zamanda, iclasda cari məsələlər də müzakirə olunub.

Mərkəzi seçki Komissiyasının sədri Məzahir Pənahov bildirib ki, yanvar ayının əvvəlindən Azərbaycan Respublikası üzrə vahid seçicilər siyahısının tərtib olunması prosesinə başlanılıb: “Dairə seçki komissiyaları müvafiq seçki dairələri üzrə ilkin seçici siyahılarını aprelin5-dək Mərkəzi Seçki Komisssiyasına təhvil verəcək. Vahid seçicilərin siyahısı MSK-nın rəsmi internet səhifəsində yerləşdiriləcək”.

İclasın sonunda isə qardaş Türkiyədə baş verən zəlzələdə dünyasını dəyişmiş insanlar 1 dəqiqəlik sükutla yad edilib.

Müəllif: Ləman Əlizadə

Bütün xəbərlər Facebook səhifəmizdə