"Şaxtalı hava şəraiti kənd təsərrüfatı üçün müsbət xarakterizə olunur" - QURUM RƏSMİSİ AÇIQLADI
"Respublika ərazisində müşahidə olunan kəskin şaxtalı və qarlı hava şəraitinin kənd təsərrüfatına ancaq müsbət təsiri var". Bu sözləri SİA-ya açıqlamasında Kənd Təsərrüfatı Nazirliyi Nazirliyin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsinin müdiri Vüqar Hüseynov deyib.
Onun sözlərinə görə, hazırda aktiv kənd təsərrüfatı dövrü deyil: "Payızlıq əkinlər yekunlaşıb və eyni zamanda məhsul yığımı da tam şəkildə başa çatıb. Bu baxımdan qar yağıntılarının əkin sahələrinə yalnız müsbət təsiri ola bilər. Qar yağıntıları torpağın alt qatında su ehtiyatlarının toplanmasına imkan verir. Eyni zamanda, şaxtalı hava şəraiti zərərvericilərin və xüsusilə də gəmiricilərin çoxalmasının qarşısını alır. Bu mənada şaxtalı hava şəraiti iqlim normasına uyğundur və kənd təsərrüfatı üçün müsbət xarakterizə oluna bilər”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB