"Taksimdə baş verən partlayış oradan yaşayan soydaşlarımızın gözü ilə" -SORĞU

Dünən Türkiyənin Taksim bölgəsində İstiqlaliyyət küçəsində baş verən partlayış nəticəsində 8 nəfər türk vətəndaşı həlak olmuş və 81 nəfər yaralanmışdır. Bu xain hücumu törədən şəxsi səhərə yaxın Türk güc strukturları tutaraq haqqında cinayət işi başlanmışdır. Bildiyimiz kimi qardaş Türkiyədə də bizim soydaşlarımızın sayı bir o qədərdə az deyil. İstər təhsillə bağlı orada olan istərsə də işlə bağlı orada yaşayan soydaşlarımız həmin təhlükəli anlara şahid olmuşlar. SİA-da orada yaşayan və təhsillərini davam etdirən soydaşlarımızın partlayışla bağlı fikirlərini öyrənməyə çalışıb.

İstanbul Universiteti Doktora adayı Səidə Ömər: "Dünən Maltəpə sahilində tədbirdə olarkən bu acı xəbəri duydum. İnternet kəsildiyi üçün xəbəri Azərbaycan saytlarından oxudum. Baş verən hadisə İstanbulun ən qələbəlik məkanı sayılan Taksim İstiqlal küçəsində baş verdi. Hər kəs kimi məndə həyəcanlandım təbiiki... Amma Türkiyənin Təhlükəsizlik Komandası gecəylə terrorçu qadını tapıb zərərsizləşdirdilər. Bütün ictimai tədbirlər ləğv olundu Xalqı tez bir zamanda bilgiləndirdikləri üçün hər kəs təhlükəsizlik tədbirini almış oldu. Ümid edirəm ki, belə bir hadisə bir də baş yaşanmaz. Hadisə zamanı həyatını itirənlərə Allahdan rəhmət, yaralılara şəfa diləyirəm".

İstanbul Üniversitesi Doktora adayı Əli İmanzadə: "Təbii ki, çox pis təsir etdi. Terror hadisəsi harada yaşanmağından asılı olmayaraq hər bir normal insan bunu pis qarşılayır. Hələ bu hadisə bizə doğma olan Türkiyədə, yaşadığımız İstanbul şəhərində baş verirsə, bunun təsiri daha çox olur. Bildiyiniz kimi həlak olanlar və onlarca yaralılar var. Çox ağır bir vəziyyətdir. Rəsmilərin açıqlamasını gözləyirik hər kəs kimi. Ehtimalımız isə PKK terror qruplaşması yönündədir. Bütün ölkə vətəndaşlarına şamil olunan təhlükəsizliklə bağlı qərarlar bizə də aitdir təbii ki. Hər yerdə polislər, jandarmalar və bizim görmədiyimiz təhlükəsizlik xidmətinin əməkdaşları görəv başındadır. Hər birimizin təhlükəsizliyini təmin etmək üçün əllərindən gələni edirlər. Biz də öz növbəmizdə, kütlvi yerlərdən uzaq olmağa çalışırıq".

İstanbul Üniversitesi doktora adayı Amaliya Ömər: "Dünən Maltəpə sahilində tədbirdə olarkən bu acı xəbəri duydum. İnternet kəsildiyi üçün xəbəri Azərbaycan saytlarından oxudum. Baş verən hadisə İstanbulun ən qələbəlik məkanı sayılan Taksim İstiqlal küçəsində baş verdi. Hər kəs kimi məndə həyəcanlandım təbiiki... Amma Türkiyənin Təhlükəsizlik Komandası gecəylə terrorçu qadını tapıb zərərsizləşdirdilər. Bütün ictimai tədbirlər ləğv olundu Xalqı tez bir zamanda bilgiləndirdikləri üçün hər kəs təhlükəsizlik tədbirini almış oldu. Ümid edirəm ki, belə bir hadisə bir də baş yaşanmaz. Hadisə zamanı həyatını itirənlərə Allahdan rəhmət, yaralılara şəfa diləyirəm".

Müəllif: Ziya Hikmət oğlu

Bütün xəbərlər Facebook səhifəmizdə