Moda mərkəzlərindən olan Nyu-Yorkda yeni mövsüm həyəcanı 18 aylıq fasilədən sonra başlayıb. SİA xarici mətbuata istinadən xəbər verir ki, keçən il pandemiya səbəbiylə rəqəmsal mediada keçirilən moda nümayişləri bu il ənənəvi şəkildə təşkil edilir.

Ancaq şoulara gələn qonaqların sayı yarıya endirilib. Moda nümayişlərinin çoxu açıq havada keçirilir. Moda həftəsi sentyabrın 12-dək davam edəcək. Pandemiyadan əvvəl 5 günlük moda həftəsi 230 min ziyarətçi cəlb edib və 532 milyon dollar gəlir gətirib.

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə