Türkiyənin İstanbul şəhərinin Bakırköy Prokurorluğu tərəfindən məşhurlara qarşı aparılan istintaq çərçivəsində saxlanılan və həbs edilən bəzi şəxslərdən götürülmüş bioloji nümunələr üzərində aparılan toksikoloji analizlərin nəticələri açıqlanıb. Türkiyə mediasının yazdığına görə, müğənni İlyas Yalçıntaşdan götürülmüş bioloji nümunələr üzərində aparılan müayinələr zamanı test nəticəsi müsbət çıxıb. Yalçıntaşın qan, sidik və saç nümunələrində THC (tetrahidrokannabinol - marixuananın təsiredici maddəsi) aşkar edilib.
İstintaq çərçivəsində həbsdə saxlanılan sosial media fenomeni Ayşenur Balcının da toksikoloji müayinə nəticələri bəlli olub. Balcının sidik və saç nümunələrində kokain aşkarlanıb. Saxlanılan sosial media fenomeni Asude Mercanın məhkəmə-tibbi ekspertiza nəticələrinə əsasən, onun qan, sidik və saç nümunələrində də kokain təsbit edilib.
Mətləb
Bütün xəbərlər Facebook səhifəmizdə
.jpg)


USD
EUR
GBP
RUB