Türkiyənin məşhur aktyoru Özcan Denizin ailəsində yaşanan gərginlik hüquqi müstəviyə keçib.
Türkiyə mediasında yer alan məlumata görə, aktyorun anası Kadriyə Deniz döş xərçəngi səbəbindən müalicə aldığı dövrdə əmlakı ilə bağlı qanunsuz hərəkətlər edildiyini iddia edərək qızı Yurda Deniz və kürəkəni Murat Gürler barədə prokurorluğa şikayət edib.
Kadriyə Denizin vəkili İrəm Dəmir Kuralın təqdim etdiyi müraciətdə bildirilib ki, müvəkkili xəstəliyi və davam edən müalicə prosesi səbəbindən həm fiziki, həm də psixoloji baxımdan müdafiəyə ehtiyac duyur.
Mətləb
Bütün xəbərlər Facebook səhifəmizdə


USD
EUR
GBP
RUB