57 yaşlı Mark Entoni səkkizinci dəfə ata olub…

57 yaşlı Mark Entoni səkkizinci dəfə ata olub…

Latın Amerikalı müğənni Mark Entoni ailəsinə yeni bir övlad qatıb.

SİA-nın əldə etdiyi məlumata görə, 57 yaşlı musiqiçi və həyat yoldaşı, 27 yaşlı model Nadia Ferreira qız övladı dünyaya gətiriblər.

Bu körpə Entoninin səkkizinci övladıdır.

Müğənni Cennifer Lopezlə evliliyindən əkizlər Maks və Emma da daxil olmaqla, əvvəlki münasibətlərindən uşaqlar böyüdür.

Cütlük sosial mediada qızlarının dünyaya gəldiyini elan ediblər.

Yeni doğulmuş qıza Mila adı verilib. Valideynlər həmçinin körpə ilə ilk ailə fotolarını paylaşıblar. Şəkillərdə cütlüyün böyük oğlu, 3 yaşlı Marsito kiçik bacısı ilə görüşü də yer alıb. …Gözəl Milamızın dünyaya gəlməsi xəbərini sizinlə bölüşməkdən çox məmnunuq. Evimiz sevgi və xoşbəxtliklə doludur, - Entoni və Nadia başlıqda yazıblar.

Xatırladaq ki, sənətçi və keçmiş Paraqvay Missı 2023-cü ilin yanvar ayında evləniblər.

İlk övladları da həmin il dünyaya gəlib.

Nazlı Almuradova

Bütün xəbərlər Facebook səhifəmizdə