Uelsin mərhum şahzadəsi Diananın məşhur "qisas paltarı" (The Revenge Dress) ilə tədbirə qatıldığı avtomobil hərracda 66 min 250 funt-sterlinqə satılıb.
BBC xəbər verir ki, 1994-cü ilin iyun ayında Şahzadə Diana o zamankı həyat yoldaşı Şahzadə Çarlzın televiziya müsahibəsində Kamilla Parker-Boulzla münasibətini etiraf etməsindən bir neçə saat sonra Londonda keçirilən tədbirə qatılmışdı.
Diana həmin tədbirə qara rəngli, çiyinləri açıq zərif paltarda gəlmiş və avtomobildən enərkən çəkilən görüntülər dünya mediasında geniş rezonans doğurmuşdu.
Mətləb
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB