"Kimin belə nənəsi var? - özümü 35 yaşında hiss edirəm"

Rəqqasə Fatimə Fətəliyeva "Gün ortası" verilişində maraqlı fikirlər səsləndirib. Fatimə tez-tez görünüşündə dəyişiklik etməsindən danışıb. O bildirib ki, görünüşünə pul xərcləməkdən çəkinmir:

"Cibimiz yansın da... Nə üçün yaşayırıq ki... Hər gün deyirlər ki, niyə qocalmırsınız? İki nəvəm var. Amma kimin belə nənəsi var? Çox şükür ki, çox gəncəm, özümü 35 yaşda hiss edirəm. Ondan o tərəfə yoxdur".

Mətləb

Bütün xəbərlər Facebook səhifəmizdə