Oğlu Ancelina Colinin soyadından da imtina etdi...

Hollivud ulduzları Ancelina Coli və Bred Pittin oğlu Meddoks atasından tamamilə uzaqlaşmaq qərarına gəlib.

Məlum ki, 23 yaşlı Meddoks Coli-Pitt rəsmi olaraq adını dəyişmək üçün sənədlər təqdim edib və “Pitt” soyadından imtina etmək niyyətindədir.

Bundan sonra gənc özünü Meddoks Çivan Coli kimi təqdim etmək istəyir. Maraqlıdır ki, o, artıq bir müddətdir peşəkar fəaliyyətində də atasının soyadından istifadə etmir. Ancelina Colinin rejissoru olduğu “Couture” filmində assistent rejissor kimi çalışan Meddoks filmin titrlərində “Meddoks Coli” adı ilə göstərilib.

Mətləb

Bütün xəbərlər Facebook səhifəmizdə